"Beşiktaş" "Braqa"dan 11 milyon avroya futbolçu aldı
İstanbulun "Beşiktaş" klubu bu ay "Braqa"dan icarəyə götürdüyü Al Musratini birdəfəlik alıb. Bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb. Portuqaliya klubuna 11 milyon avro təzminat ödənilib. 27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu 2020-ci ildən "Braqa"da oynayırdı.
Mətləb