Bu aparıcının əyləncə şousu başına bəla oldu - bütün reklamçılar ondan üz döndərir...
Rusiyalı aparıcı-aktrisa Nastya İvleeva ötən ilin dekabrında çılpaq əyləncə gecəsi təşkil etmişdi. Mətbuat səhifələrində və sosial şəbəkə müzakirələrində qalmaqala səbəb olan hadisədən sonra aparıcının böyük problemləri yaranıb. Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb. Hazırda reklamçılar onunla kütləvi şəkildə müqavilələri pozur və layihələrdə əvəzləyici axtarırlar. Artıq yaxın gələcəkdə çəkilişləri planlaşdırılan iki teleserialda və bir tammetrajlı filmdə Nastyanın yer almayacağı da bəlli olub.
İvleeva çips və qazlı su istehsal edən şirkəti də fəaliyyətini dayandırılıb. Nadir hallarda evdən çıxan aparıcı artıq sosial şənliklərə də qatılmır. O, hazırkı vəziyyətinə görə restoranlara yox, fəst-fuda üstünlük verir.
Mətləb