Gürcüstan mətbuatı 7 fevral seçkilərindən yazır
Gürcüstan mətbuatı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun fevralın 13-də keçirilmiş iclasından yazıb. Belə ki, “interpressnews.ge”, “apsny.ge”, “sputnik-georgia.ru”, “kavkasia.net” portallarının yaydığı məlumatlarda iclasın fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edildiyi bildirilib.
Qeyd olunub ki, seçkilərdə 92,12 faiz səs toplayan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi rəsmən təsdiqlənib. Məlumatlarda diqqətə çatdırılır ki, prezident seçkilərində 7 namizəd mübarizə aparıb, seçici fəallığı 76,43 faiz olub.
Mətləb Salahov