Putin vasitəçilərlə Vaşinqtona Ukraynada atəşkəs təklif etdi, ancaq ABŞ təklifi rədd etdi...
Rusiya mənbələri Rusiya lideri Putinin Ukraynadakı müharibə ilə bağlı atəşkəs təklifinin ABŞ rəsmiləri tərəfindən rədd edildiyini iddia edib. Bu barədə “Reuters” məlumat yayıb.
Rusiya mənbələri bildiriblər ki, Putin 2023-cü ildə Vaşinqtona Moskvanın vasitəçilər, o cümlədən Yaxın Şərqdəki ərəb müttəfiqləri vasitəsilə Ukraynada atəşkəs rejimini açıq və özəl şəkildə nəzərdən keçirməyə hazır olduğuna dair siqnallar göndərib.
Ancaq iddialara görə, Putinin atəşkəs təklifi vasitəçilər arasındakı təmaslardan sonra ABŞ tərəfindən rədd edilib.
ABŞ-lı mənbə isə hər hansı rəsmi əlaqəni təkzib edib və Vaşinqtonun Kiyevin olmadığı danışıqlarda iştirak etməyəcəyini bildirib.
TAHİR