KÖHNƏ VERSİYA            

İkiqat “Sonuncu əmr”

Image

(Tədqiqatçı qeydləri…) 

Əsər əfsanəvi kəşfiyyatçı haqqında ən gerçək romandır: Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş meydanına atdığı imzanın faktlara, sənədlərə əsaslanan bədii təsviri…

…Belə bir romanın işıq üzü görmək ərəfəsində olduğunu müəllifin özündən eşitmişdim. Tanınmış imza, təcrübəli mətbuat adamı, “Təzadlar” qəzetinin təsisçici və baş redaktoru, yazıçı-publisist Asif Mərzili ilə «Qanun» Nəşriyyatında rastlaşmışdıq. Söhbət əsnasında məlum olmuşdu ki, əfsanəvi kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun döyüş yolundan bəhs edən «Sonuncu əmr» romanı son tamamlama düzəlişləri üçün nəşriyyatdadır. Dedi ki, tezliklə uzun müddətin, gərgin fiziki (araşdırma, tədqiqat, səfərlər, görüşlər) və zehni əməyin nəticəsi olan əsər çapdan çıxacaq. Müəllifin ayaqüstü danışdığı bəzi epizodlara görə kitab hələ nəşr olunmamışdan məndə özünə maraq oyatdı və nəşrdən dərhal sonra, necə deyərlər, isti-isti nüsxəni əldə edib oxudum.

İlk növbədə onu deyim ki, müharibə gedən və ya təzəcə başa çatmış olduğu illərdə belə əsərlər yazmaq, hətta təcrübəli adamlar üçün də asan başa gəlmir. Əlbəttə ki, söhbət sadəcə faktları toplayıb ard-arda düzərək kitab yazmaqdan yox, ciddi əsər yaratmaqdan gedir. Çünki mövcud cəmiyyət müharibənin şahidi olur, onun barəsində ən azı gündəlik xəbərlərdən, reportajlardan, televiziyada gedən sənədli filmlərdən çox şey öyrənib bilir. Odur ki, belə cəmiyyətə müharibə haqda əsər təqdim etmək və onu həm maraqlandırmaq, həm də inandırmaq çox çətin olur. Bu şərtə yetərincə əməl etmədən ciddi nəticəyə nail olmaq mümkün deyil. Və deyim ki, Asif Mərzili öz əsərində bu işin öhdəsindən uğurla gəlib. 

Romandakı hadisələr, epizodlar, xüsusilə kəşviyyatçının iştirak etdiyi əməliyyatlar təkcə faktlar baxımından yox, həm də təqdimat ustalığı, ifadə tərzi, yanaşma bacarıqlarının çoxluğu baxımından o qədər mükəmməldir ki, əsəri oxuyarkən istər-istəməz peşəkar hərbçi Orxan Əkbərovun, uşaqlıqdan taleyinə müharibə və məhrumiyyətlər yazılmış Rəşadın yanında təcrübəli qələm sahibi Asif Mərzilini, döyüşçünün yanında yazıçını, qəhrəmanın yanında müəllifi də görməyə bilmirsən. 

Əsərdə müəllifin bədii təsvir imkanları ilə ilə yanaşı, “kameranı necə yerləşdirmək, haradan qoymaq, hansı rakursu seçmək ki, oxucu əməliyyatları daha rahat və aydın görə bilsin” ustalığı da dəfələrlə özünü büruzə verir. Bu baxımdan da “Sonuncu əmr” ustad qələm sahibinin işi kimi dəyərləndirilə bilər. 

***

Müharibə bütövlükdə bəşəriyyətin özünə ən rəzil, ən amansız şəkildə məğlub olduğu zaman kəsiyidir. İstər böyük dünya müharibələri olsun, istər regional, istərsə də kiçik məhəlli müharibələr. Hamısı qeyri-bəşəri aksiyadır və insanlığa qarşıdır. Amma bu qeyri-bəşəri aksiyanın içində, mərkəzində həm də dünyanı heyrətləndirən, insanlığı təəccübləndirən, ayrı-ayrı fərdləri deyil, bütöv bir cəmiyyəti, bəzən hətta dünyanı fədakarlığa həvəsləndirən, sövq edən, təhrik edən qəhrəmanlıq tablolarına da az rast gəlinmir. Azadlıq, haqq uğrunda aparılan savaşlarda isə bu qəhrəmanlıq tabloları daha parlaq, dayanıqlı, əbədi və ehtirama, təqdirə layiq olur. Bu baxımdan Asif Mərzilinin “Sonuncu əmr” romanı Azərbaycan savaş tarixinin həm sənədli, həm də bədii ədəbiyyat divarından asılacaq olan parlaq tablolarındandır. Və çox ümid edirəm ki, vaxt gələcək, bu taplo həm də Məmləkətin kino müstəvisinə işıq salacaq, bədii film yaradıcılığına öz töhfəsini verəcək. Çünki əsər sadə və məhz bədii film ssenarisi dilində yazılıb.          

 Dünyanın Ermənistanyönlü və ermənipərəst kəsimi Qarabağ münaqişəsinin ilkin və sonrakı dönəmlərində də çox yaxşı bilib ki, Azərbaycan bu müharibəyə zorla cəlb edilib. Dünya onu da bilməmiş deyil ki, Azərbaycan rəhbərliyi  Qarabağ müharibəsinin birinci mərhələsindən sonra – adı “atəşkəs”, özü isə ölüm-itimlə dolu olan 30 illik bir dövrdə problemi sülh yolu ilə çözməyə, haqqa-ədalətə qansız-qadasız nail olmağa çalışıb. Rəsmi Bakı bütün imkanlarından istifadə edib ki, müharibənin ikinci mərhələsi olmasın. Ancaq beynəlxalq güclərin, Ermənistanın və onun havadarlarının “əməyi” sayəsində Qarabağ müharibəsinin ikinci mərhələsi qaçılmaz olub. Nəhayət, Azərbaycan adamı, əsgəri, ordusu Ali Baş komandan İlham Əliyevin iradəsi və mükəmməl sərkərdəlik qabiliyyəti ilə həm torpaqları işğaldan azad edib, həm düşməni ölkədən qovub, həm də saysız-hesabsız qəhrəmanlıq nümunələri ilə dolu döyüş əzmi nümayiş etdirərək Ermənistanın “bacı-qardaşına”, ağalarına, himayədarlarına dərs verib. 

Düşmənə və dünyaya verilən bu dərsin tədrisində heç, şübhəsiz ki, şəhid kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Əkbərovun əməyi, fədakarlığı da danılmazdır. Ona görə, Asif Mərzilinin “Sonuncu əmr” romanını həm də bir dərs vəsaiti hesab etmək olar: bütün dövrlər üçün keçərli olan, bütün yeniliklərə qarşı dayanıb aktuallığını itirməyən dərs vəsaiti!

*** 

Əsər əsasən Qarabağ müharibəsinin ikinci mərhələsində – Vətən Müharibəsində kəşviyyatçının fəaliyyətindən bəhs etsə də, yalnız bu dövrü əhatə etmir. Ötən əsrin sonlarına, münaqişənin alovlandığı və müharibəyə çevrildiyi illərə ekskurs edir, erməni vəhşiliklərini, etnik təmizləmə və işğal faktorlarını sərgiləyərək, dünənin və bugünün Qarabağ savaşı, onun səbəb və nəticələri haqda təkcə dövrümüzün yox, həm də gələcəyin oxucusunda dolğun təsəvvür yaradır. 

Əsəri oxuduqca əmin olursan ki, bu sadəcə qəhrəmanlıq romanı deyil. Bu həm də, Azərbaycan insanının əzablarından, iztirablarından, məhrumiyyətlərindən, yurd yerinin və doğmalarının itkisindən yoğrulub ərsəyə gətirilən etiraz, üsyan, barışmazlıq, qisas, fədakarlıq romanıdır. Ancaq bu qisasda şərəfsizliyə, namussuzluğa yol verilmir. 

Roman əsgər şərəfi ilə yanaşı, həm də insan ləyaqətini özündə əks etdirən, bir millətin əsgərinin ən şərəfsiz, ləyaqətsiz düşməndən qisas alarkən belə öz fərdi və milli şərəfini-ləyaqətini unutmamaq kimi öhdəliyinə sadiq qalmasını, erməni ilə müqayisədə belə bir üstünlüyə malik olduğunu da diqqətə çatdırır. “Sonuncu əmr” romanında qisas amili qirmızı xətlə keçsə də, bu qisas qeyri-insani, zabit şərəfinə zidd olan hərəkətlərə qapalıdır: Ermənilərin girovuna çevrilmiş bütöv bir ailə və o ailənin qohumları – ata, ana, əmi və bibi güllələnib yandırılır. Bir oğul işgəncəyə, aclığa və soyuğa dözməyib ölür. Balaca Rəşad – ailənin sağ qalan yeganə üzvü təsadüfən Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin diqqətini cəlb edərək xilas olur, Azərbaycan tərəfə verilir. Sonradan Sankt-Peterburqda həm fiziki, həm zehni, həm də dil bilgiləri səviyyəsində peşəkar kəşviyyatçı kimi yetişdirilən Rəşad qisas niyyəti ilə düşmənin içinə sızıb, anasının yandırılarkən dediyi “Sağ qalsan qisasımızı al” vəsiyyətini yerinə yetirərkən belə, şərəfini, ləyaqətini hisslərinə qurban vermir, əlini qocaların, qadınların və uşaqların qanına bulamır.      

Romandakı bu kimi məqamları azərbaycanlının ermənidən nə dərəcədə üstün, hansı keyfiyyətlərlə fərqli olduğunu dünyaya nümayiş etdirəcək epizodlar da saymaq olar. 

Əsərin məzmununu uzun-uzadı danışmaq fikrim yoxdur. Detallara varıb oxucuların mütaliə zamanı yaşayacağı həyəcanı azaltmaq, büdrətmək fikrindən uzağam. Amma deyim ki, romanda həyəcan yaşadan, oxucunu gərginlikdə saxlayan epizodlar, keçidlər, dönüşlər yetərincədir. Hətta o qədər ki, romanın özünü də büttövlükdə həyəcanla, gərginliklə dolu, emosional bir epizod adlandırmaq olar. Ümumilkdə isə, əlbəttə ki, bu əsər Qarabağ müharibəsinin unudulmaz və çox dolğun, əhatəli epizodlarından biridir. 

Detal olaraq isə onu deyim ki (hörmətli oxucuya artıq yazımın əvvəlindəki təqdimatdan məlumdur, qəhrəmanın şəhid olması), belə kəşviyyatçıların, ümumən döyüşçülərin şəhidliyi də özündə müəyyən informasiya daşıyır, ayrıca roman yarada biləcək ipucları saxlayır. Əsərin qəhrəmanı polkovnik-leytenant Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı başladığı Vətən Müharibəsi zamanı şəhid olur. Və bu şəhidlik təkcə düşmənə açılan savaşın nəticəsi deyil, həm də Orxan Əkbərovun öz əsgərləri ilə düşmən arasına çəkdiyi sipərin təntənəsidir. Üstəlik, bu hadisə məhz sonuncu əmrdən sonra baş verir. 

Onu da deyim ki, “Sonuncu əmr” romanında ikiqat son əmr müşahidə edirik: korpus komandiri, general-leytenant Mais Bərxudarovun polkovnik-leytenant Orxan Əkbərova verdiyi son əmr və komandir Orxan Əkbərovun mühasirədə olduqları zaman öz döyüşçülərinə verdiyi son əmr! Özü də bu epizodlar müəllifin təxəyyülünün məhsulu deyil, rəsmi dövlət arxivlərində qeydiyyata alınmış faktlardır. Ancaq müəllif bu əsəri yazarkən, igid oğullarımızın qəhrəmanlıqlarını, erməni vəhşiliklərini qələmə alarkən təkcə Azərbaycan arxivlərindən, hərbçilərdən, şahidlərdən əldə etdiyi məlumatlarla kifayətlənməyib, kənar mənbələrdən, dünya mətbuatından da bəhrələnib ki, bu da romanın daha dolğun və sanballı yaradıcılıq nümunəsi, bədii və sənədli ədəbiyyat hadisəsi kimi ortaya çıxmasında xüsusi rol oynayıb.         

Son olaraq deyim ki, dünya tarixində bizim Vətən Müharibəsindən əvvəl də yetərincə irili-xırdalı müharibələr olub, görünən odur ki, bu gedişlə, dünyanın “başbilənlərinin” məlum davranışı, riyakarlığı sayəsində sonralar da az olmayacaq. Sadəcə, Azərbaycanın az qala bütün dünyaya qarşı gedib, sarsıdıcı zərbə və möhtəşəm qələbə ilə işğalçı Ermənistanı diz çökdürməsi, kapitulyasiyaya məcbur etməsi prosesi – Vətən Müharibəsi cəmi 44 gün davam edib. Və bu müharibənin qəhrəmanlıqları həmin o 44 günün içində, dar çərçivədə, məhdud zaman kəsiyində baş verdiyi üçün də fərqlənir. Asif Mərzilinin “Sonuncu əmr” romanı «Qartal» və Rəşadın nümunəsində məhz belə qəhrəmanlıqlardan birinin üstünə işıq salır. Həm də kifayət qədər aydın işıq.       

Romanı mütaliə etdikcə bir daha düşünürsən ki, bir qazi, şəhid haqqında yazan müəllif əlindəki faktlarla yanaşı, əsərə həm də özündən, təxəyyülündən, istedadından, yazmaq manerasından da çox şey qoymalıdır. Məhz bu halda ərsəyə gələcək iş qəhrəmana, onu yetişdirən ailəyə, cəmiyyətə və bütövlükdə dövrə, zamana, ən başlıcası isə gələcək nəsillərin diqqətinə, ehtiramına layiq olur. Bu baxımdan da inamla demək olur ki, Asif Mərzilinin “Sonuncu əmr” romanı sadaladığım bütün parametrlər üzrə öz missiyasını yerinə yetirməyə layiq və qadir romandır. 

Çox istərdim ki, “Sonuncu əmr” sonuncu roman olmasın, Asif Mərzilinin yeni-yeni belə dolğun, əhatəli və maraqlı əsərlərinin işıq üzü görməsinin də şahidi olaq.

İlqar Rəsul
Yazıçı-publisist, tədqiqatçı







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031