KÖHNƏ VERSİYA            

NATO-nun sonu - Avropa daha ABŞ-a güvənmir, Qərb dünyası xaosa yuvarlanır...

Image

Avropa İttifaqı öz təhlükəsizliyini təmin etmək üçün artıq ABŞ-a arxalana bilməz. Amerikada prezident seçkilərinin nəticəsi yalnız NATO-nun nə qədər tez parçalanmasını müəyyən edəcək. Bu fikirlər “Politico” qəzetində yer alıb.

Hesab edilir ki, Avropa ölkələrinin öz müdafiə ittifaqını yaratması NATO-nun sonunu gətirəcək: “İndiki mərhələdə Birləşmiş Ştatlarda seçkilərin nəticəsinin, demək olar ki, əhəmiyyəti yoxdur. Avropa tək qalıb. Səsvermənin nəticələri NATO-nun nə qədər tez süquta uğrayacağı sualına cavab verə bilər”. Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq uğrunda mübarizə aparan Donald Tramp fevralın 10-da Cənubi Karolinada tərəfdarları qarşısında çıxış edərkən NATO liderləri ilə görüşlərindən birini xatırladıb. Onun sözlərinə görə, görüşdə prezidentlərdən biri alyansa müdafiə töhfəsi verməyən ölkəyə Rusiya hücum edəcəyi təqdirdə NATO-nun həmin ölkəni müdafiə edib-etməyəcəyi barədə sual verib. Trampın cavabı belə olub ki, alyans belə bir ölkəni müdafiə etməyəcək və hətta Rusiyanı buna təşviq edəcək. Sabiq prezident dialoqun nə vaxt və harada baş tutduğunu, bu sualı ona hansı liderlərin verdiyini açıqlamayıb. Ağ Ev dərhal Trampın bu açıqlamasına qəzəbli reaksiya verib. Ağ Evin sözçüsü Endryu Beyts bunu dəhşətli və ağılsız çıxış adlandırıb: “Tramp beləliklə ən yaxın müttəfiqlərimizin ərazisinin qanlı rejimlər tərəfindən işğalını dəstəkləyir. Qatil rejimlər tərəfindən ən yaxın müttəfiqlərimizin işğalına təşviq etmək dəhşətli və irrasionaldır”. NATO-nun Baş katibi Yens Stoltenberq də Trampın dediklərinə eyni dərəcədə sərt şəkildə cavab verib: “Alyans üzvlərinin bir-birini qorumayacağına dair hər hansı fikir, ABŞ-nin təhlükəsizliyi də daxil olmaqla, ümumi təhlükəsizliyi pozur, həmçinin, Amerika və Avropa əsgərlərini əlavə risqə məruz qoyur”. Polşanın baş naziri Donald Tusk bildirib ki, Trampın NATO ilə bağlı açıqlamalarından sonra Avropa İttifaqı ölkələri sərhədlərini qorumağa hazır olmalıdır: “Avropa İttifaqı, Fransa və Polşa güclü ölkələrə çevrilməlidir, öz sərhədlərini, ərazilərini müdafiə etməyə, Avropa İttifaqından kənarda müttəfiqlərimizi və dostlarımızı qorumağa və dəstəkləməyə hazır olmalıdır”. Tusk Trampın sözlərinin “hamı üçün soyuq duş” olduğunu bildirib. Polşanın baş naziri Avropanın öz müdafiə siyasətinin yaradılmasının zəruriliyini belə müdafiə edərək vurğulayıb ki, bu, NATO-ya qarşı hərəkət olmamalıdır, əksinə, mövcud mexanizmləri tamamlamaq məqsədi daşımalıdır. Donald Tusk daha əvvəl Trampın partiyasının üzvlərini, ABŞ respublikaçılarını Ukraynaya yardım haqqında qanun layihəsini Senatda blokladıqları üçün sərt şəkildə tənqid edib.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun isə hesab edir ki, Trampın alyansa töhfə verməyən NATO müttəfiqləri hücuma məruz qalacağı təqdirdə onları müdafiə etməkdən imtinası səbəbindən Birləşmiş Ştatlara inam təhlükə altındadır. Braun televiziya şirkətinə verdiyi müsahibədə Trampın sözlərini belə şərh edib: “Birləşmiş Ştatların etibarlılığı təhlükə altındadır, bizim hər bir ittifaqımız və ABŞ rəhbərliyi zəruri, tələbatda və diqqət mərkəzindədir”. İtaliya baş nazirinin müavini, eyni zamanda ölkənin xarici işlər naziri vəzifəsində çalışan Antonio Tayani bəyan edib ki, artıq Avropa İttifaqı qitədə sülhün qorunması və münaqişələrin qarşısının alınması üçün vahid orduya malik olmalıdır. Siyasətçi fikrini belə bir arqumentlə əsaslandırıb ki, hazırda planetin bir çox bölgələrində kəskin silahlı münaqişələr baş verir və heç cür səngimək bilmir, müharibə alovu istənilən regionu öz ağuşuna ala bilər.  İtaliyalı nazir Romada nəşr olunan nüfuzlu “La Stampa” qəzetinə müsahibəsində sonra bu sözləri deyib: “Hazırda ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü dövlətlərin mövcudluğu şəraitində Aİ-nin öz ordusu olmalıdır ki, həm özünün etibarlı təhlükəsizliyini təmin etsin, həm də digər münaqişələrin qarşısının alınmasında iştirak edə bilsin”. O hesab edir ki, Trampın yanaşması bu məsələni daha da aktuallaşdırır. İqtisadi, siyasi, qanunvericilik, xarici siyasət, təhlükəsizlik məsələlərində Avropa ölkələri demək olar ki, vahid məkana çevrilib. Amma vahid Avropa ordusunun yaradılması ideyası uzun müddət gündəmdə olsa da, bugünə qədər reallaşmamasının başlıca səbəbi bütövlükdə "köhnə qitə”ni içərisinə alan və Qərb hərbi bloku kimi tanınan NATO-nun var olması ilə bağlıdır. İdeyanın yenidən aktuallaşmasına gəlincə, bu, heç şübhəsiz, Rusiya-Ukrayna cəbhəsində narahatlığın günü-gündən daha da artması ilə əlaqədardır. Bir sıra Avropa ölkələri hesab edir ki, NATO daha qlobal hərbi təşkilat olduğundan, Avropanın müdafiəsi sahəsində hansısa məqamda yubana, çevik reaksiya verməyə bilər. Bu fonda Trampın yanaşması NATO-da artıq parçalanmaya rəvac verir. Avropa ordusu yaranarsa, NATO-ya alternativ hərbi blok olaraq meydana çıxacaq. Elə bu da NATO-nun sonunu yaxınlaşdıran proses hesab olunur.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031