KÖHNƏ VERSİYA            

Paşinyanın dördüncü respublika iddiası - Azərbaycan və Türkiyəyə ərazi iddiası bitdi...

Image

Azərbaycanla sülh müqaviləsi imzalamayacağı, əməkdaşlıq münasibətləri qurmayacağı təqdirdə Ermənistanın böyük problemlər burulğanında qalacağı bu ölkədə də açıq etiraf edilir. Amma sülh üçün Ermənistan qanunvericilik aktlarına, o cümlədən konstiyusiyasına da müəyyən dəyişikliklər etməlidir. 

Hazırda bu məsələ Ermənistanda ziddiyyət predmetinə çevrilsə də, ölkənin başqa çıxış yolu da yoxdur.

Qeyd edilən xüsusda BBC tərəfindən hazırlanan və konkret durumu əks etdirən təhlildə bildirilir ki, erməni kimliyi illər boyu Qarabağ və Ağrı dağı kimi simvolların üzərində inşa edilib: “Amma ötən ilin sentyabrında İrəvan Qarabağ üzərində nəzarətini tamamilə itirdi və Ermənistan hakimiyyəti ölkənin konstitusiyası, gerbi və himninin dəyişdirilməsindən danışmağa başladı. Nikol Paşinyan və onun komandasının niyə yeni, dördüncü respublika yaratmaq istədiklərini və sıravi ermənilərin simvolların itirilməsinə necə reaksiya verdiyi maraqlıdır. Hələ ötən ilin yayında Ermənistanın baş naziri xalqı Konstitusiya Günü münasibətilə təbrik edərək, vətəndaşları əsas qanunu oxumağa çağırıb, çünki onun sözlərinə görə, bu hamı üçün faydalıdır. O vaxtdan bəri Paşinyan ölkənin əsas sənədinə öz münasibətini dəyişib və ölkəni daha rəqabətli etmək üçün onun dəyişdirilməsini təklif edir. Onun sözləri 2020-ci ildə İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə Azərbaycanın bölgə üzərində nəzarətinin bərpasına səbəb olan hərbi əməliyyatından sonra Bakı ilə İrəvan arasında danışıqların çıxılmaz vəziyyətə düşdüyünü əks etdirir. Paşinyan və komandası daha güclü Azərbaycanla yeni müharibədən və nəticədə artıq Ermənistanın özünün müstəqilliyinin itirilməsindən qaçmaq istəyir. Ermənistan lideri alleqoriyalarla danışmağı xoşlayır: o, konstitusiyanı yolunda öküzlər duran səyyahın qırmızı paltarı ilə müqayisə edir. Bu paltarları sevimli nənəsi tikib və səyyah üçün çox əzizdir. O, seçim etməlidir: sentimental düşüncülərə əsaslanaraq, təhlükəyə və risqə məhəl qoymayaraq yoluna davam etsin, ya qırmızı paltarı öküzün baxışlarından qorusun. Baş nazir bu il fevralın əvvəlində İctimai radioya müsahibəsində belə bir bənzətmə aparıb. Hərçənd, Paşinyan bunun ona kənardan təzyiqlə bağlı olduğunu birbaşa deməyib, amma alleqoriyanın mənası onun auditoriyasının diqqətindən yayınmayıb. Üstəlik, həmin gün Azərbaycan prezidenti İlham Əliyev açıq bəyan etmişdi ki, Ermənistan konstitusiyanı dəyişməlidir.

Əliyev konstitusiyanın dəyişdirilməsini tələb etsə də, onun nöqteyi-nəzərindən problem başqa bir sənəddə - Ermənistanın Müstəqillik Bəyannaməsindədir. SSRİ-nin formal süqutundan bir müddət əvvəl, 1990-cı ilin yayında qəbul edilmiş sənəddə “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarına istinad var. Həmin vaxt Qarabağ Azərbaycan SSR-in tərkibində idi. Yerli muxtariyyətin deputatlarının ordan çıxmaq haqqında qəbul etdikləri qərar formal olaraq Bakıdan aralanmaq demək idi. Ermənistan konstitusiyasının preambulasında Qarabağla birləşmə məqsədi əks etdirilən bu Bəyannaməyə istinad olduğuna görə, Bakının nəzərində bu, Azərbaycan ərazilərinə hüquqi iddia deməkdir. Ancaq Bəyannamədə mübahisəli bölgə ilə birləşmədən başqa, daha bir məqam da var - 1918-ci ildə çar Rusiyasının xarabalıqları üzərində qurulan və tezliklə bolşeviklər tərəfindən zəbt edilmiş ilk Ermənistan respublikasının ənənəsinin davam etdirilməsi haqqında. 1991-ci ildə yaradılarkən dövlət bu respublikanın varisliyini qəbul edib və onun himnini, o cümlədən, üzərində digər simvollarla yanaşı, Bibliya əfsanəsinə görə, daşqından sonra Nuhun gəmisinin dayandığı Ağrı dağı da təsvir olunmuş gerbini götürüb. Paşinyan Ermənistanın simvolu kimi bu dağdan imtina etməyi təklif edir. O deyir ki, ölkənin ən hündür dağı Türkiyə ərazisində yerləşən Ağrı deyil, Alagözdür. Ağrı dağı  Ermənistanın dövlət simvolu kimi Türkiyəni qıcıqlandırır. Gerbin digər elementləri  haqqında da Paşinyan deyir ki, onların postsovet respublikası ilə heç bir əlaqəsi yoxdur. Baş nazirin ən yaxın silahdaşlarından biri olan Ermənistan parlamentinin sədri Alen Simonyan himnin də dəyişdirilməsini təklif edib.

Himni dəyişdirmək deputatın çoxdankı layihəsidir. Lakin o, heraldik aslanı “Facebook smaylik”i ilə müqayisə edərək, gerblə də bağlı iradını gizlətməyib. “Ən azından, Ermənistan su altında ola bilməz”, – deyə Simonyan “ümumdünya daşqını” sularında yüksələn Ağrı dağının üzərindəki gəmi təsvirini belə səciyyələndirib.

Ermənistan hakimiyyəti öz təkliflərini referenduma çıxarmaq niyyətindədir və deyirlər ki, söhbət Ermənistan dövlətinin yenidən qurulmasından və 1918-1920-ci illərdə demokratik dövlət, Ermənistan SSR və bərpa olunmuş 1991-ci il müstəqil respublikadan sonra yeni dördüncü respublikanın yaradılmasından gedir. Ermənilər arasında yeni müharibə qorxusu bu məsələni sürətləndirib. Azərbaycan uzun müddətdir ki, Ermənistanın cənubundan keçməklə öz Naxçıvan eksklavına Zəngəzur dəhlizi adlandırdığı quru yolla əlaqə yaratmağa çalışır. Paşinyan hesab edir ki, bu, Ermənistana girişdə və çıxışda gömrük postları olan yol olmalıdır. Amma prezident İlham Əliyev hər hansı bir yoxlamanın olmamasını tələb edir. Paşinyan sülhə doğru addım kimi qoşunların sərhəddən güzgüvari şəkildə geri çəkilməsini təklif edib. Lakin Bakı onu rədd etdi. “Biz həm 2021-ci ilin mayında, həm də 2022-ci ilin sentyabrında tutduğumuz mövqelərdən bir addım belə geri çəkilməyəcəyik”, - Əliyev deyib.

Onun nöqteyi-nəzərindən, ölkələr arasında sərhədlərin delimitasiyası aparılmadığından, bu, ermənilərin iddia etdiyi kimi işğal sayıla bilməz. Bunlar fonunda Paşinyanın təklifləri Ermənistan cəmiyyətində “erməni olmaq nə deməkdir”, Qarabağ itirildikdən sonra və gerbdən Ağrı dağının silinməsi ehtimalı fonunda milli simvollar, milli ideya haqqında qızğın müzakirələrə səbəb oldu. Ermənistan hakimiyyəti “öz xoşuna denasifikasiya” yolunu seçib – jurnalist Arşaluys Mqdesyan rəsmi İrəvanın Bakının tələblərinə həvəslə əməl etməsini belə təsvir edib. Baş nazirin öküzlər və qırmızı paltarlarla bağlı alleqoriya işlətdiyi müsahibədən sonra İctimai radionun direktoru əməkdaşının siyasətçini kifayət qədər tənqidi sorğu-sual etməməsinə görə üzr istəyib və baş nazirin sözlərini belə şərh edib: “Gəlin, erməni olmağımızdan əl çəkək”. Bəyanatı direktorun qırmızı gödəkçəli fotosu bəzəyir. Keçən il Ermənistanda keçirilən sorğulardan ən etibarlı hesab edilən Amerika IRI tərəfindən aparılan sorğu göstərib ki, ermənilərin əksəriyyəti heç bir siyasətçiyə inanmır, hökumətdən, ordudan və məhkəmə sistemindən narazıdır. Uzun müddət hesab olunurdu ki, Qarabağı uduzan istənilən erməni lideri dərhal devriləcək - bu məsələ ermənilər üçün bu qədər vacibdir. Lakin Paşinyan Qarabağdan tamamilə imtina etdi. Müxalifət liderləri onu “təslimçi” adlandırıb və kütləvi etiraz aksiyaları keçiriblər. Amma heç biri uğurlu olmadı. Sentyabrda İrəvan Şəhər Şurasına seçkilərdə müxalifət partiyaları qalib gəldi. Lakin onlar mer vəzifəsinə vahid namizədlə bağlı razılığa gələ bilmədilər və nəticədə hakim partiyanın 32,5 faiz səs qazanmasına baxmayaraq, Paşinyanın tərəfdarı mer oldu. Paşinyan hələ 2020-ci ildə Konstitusiya məhkəməsində islahatlar keçirmək üçün referendum təşkil etməyə cəhd edib. O zaman səsverməni pandemiya pozdu, lakin hakim partiya parlamentdə səsvermə yolu ilə lazım olan hakimləri təyin edə və Konstitusiya məhkəməsində səs çoxluğu əldə edə bildi. Bu dəfə də hökumət əsas qanunu yenidən yaza biləcəkmi? Ekspert Tiqran Qriqoryan qeyd edir ki, referendumda uğur qazanmaq üçün 600 mindən çox “lehinə” səs lazım olacaq”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031