KÖHNƏ VERSİYA            

Avropa Şurası 7 fevral seçkilərinə ziddiyyətli münasibətlərin içində itib-batır...

Image

Sahil İsgəndərov: “Bilirsiz ki, belə qurumlarda “yaxşı dayı”, “pis dayı” kontekstindən çıxış edirlər”

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avropa Şurasının Baş katibi İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. Amma AŞPA səsvermə ərəfəsində Azərbaycana böyük təzyiqlər göstərdi, qarayaxma kampaniyası həyata keçirdi. Bunlar Avropa Şurasının eyni qurumudur. Bu məsələdə baş katib və Parlament Assambleyası fərqli-fərqli mövqe tutub. Bunların fərqli mövqe nümayiş etdirmələrinin səbəbi nədən ibarətdir?

“Bu qurumlarda Azərbaycanda keçirilən seçkilərə fərqli və bir-birinə zidd olan yanaşmalara rast gəlirik, amma o mövqelərin arxasında dayanan məqsədləri görürük” 

Politoloq Sahil İsgəndərov “Bakı-Xəbər”ə şərhində “Əslində Avropa Şurasının baş katibinin İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etməsi, ən azı, protokol qaydalarından, yaxud etiket qaydalarından irəli gələn bir məqamdır. Amma burada söhbət əsasən daha çox İlham Əliyev kimi təcrübəli, strateji düşüncəyə malik bir şəxsə verilən qiymətdən gedir.   Yeri gəlmişkən, istər xanım Buriç, istərsə də Avropa qurumlarının rəhbərlərinin hamısı həm bir Prezident və siyasi fiqur kimi İlham Əliyevin, həm də Azərbaycanın əhəmiyyətini çox yaxşı dərk edirlər. Özü də təkcə regional səviyyədə yox, həm də Avropanın bir sıra problemlərinin həlli məsələsində bunu çox gözəl anlayırlar. Ona görə də onun Azərbaycan Prezidenti İlham Əliyevi növbəti qələbəsi münasibətilə təbrik etməsi məntiqi baxımdan çox düzgündür. Onu da qeyd edək ki, ondan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin özünün Azərbaycan Prezidentini təbrik etməsi, ümumiyyətlə bir sıra məsələlərlə bağlı İlham Əliyevin dəstəyinə ümid etdiyini bildirməsi də bir göstəricidir. Sözsüz ki, bu kontekstdə Avropa Şurası rəhbərinin bu təbriki çox düzgün addımdır. Əlbəttə, burada bir məqam var ki,  Azərbaycanla və Azərbaycanın prezidenti ilə  onlar başqa cür davrana bilməzlər. Onlar yaxşı bilirlər ki, Azərbaycanla diqtə, təzyiq dili ilə danışmaq onlara heç nə verməyəcək. Əksinə, Azərbaycanın manevr imkanları onların imkanlarından qat-qat genişdir, böyükdür”-deyə bildirdi.

S.İsgəndərovun sözlərinə görə, artıq Azərbaycan regionda sülhə, sabitliyə və təhlükəsizliyə birbaşa qarant kimi çıxış edir, bunlar hamısı nəzərə alınır. “O ki qaldı AŞPA-nın bir qrup deputatının təhriki ilə hazırlanan qərəzli bəyanata, bu, AŞPA-nın daxilindəki ab-havadan irəli gəlir. Bu qurumun  özündə belə bir prosedur qayda var, 30-40 deputatın dəstəyi kifayətdir ki, götürüb hansısa bir dövlətə qarşı qərəzli qətnamə qəbul etsinlər. Artıq o qaydalara yenidən baxılması zəruridir. Tutaq ki, 750 nəfər üzvü olan bir qurumda 30-40 nəfərin sözü ilə qərar qəbul edilir. Bu isə heç bir məntiqə uyğun deyil. 

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən əvvəl müəyyən təzyiq cəhdləri var idi ki, Azərbaycan da bunu birdəfəlik dəf etdi. Yüksək şəkildə öz mövqeyini ortaya qoydu ki, əgər belə gedərsə Azərbaycan özü artıq AŞPA-dan ümumiyyətlə çıxa bilər. Bununla da Azərbaycan heç nə itirməyəcəkdi, onlar itirəcəkdi. Yeri gəlmişkən, belə məsələlər çox sirayətedicidir. Yəni bir dövlət, beş dövlət o qurumu tərk etdikdən sonra Avropa dövlətləri qalacaq, onlar öz ölülərini ağlamaqla məşğul olacaq” - deyə S.İsgəndərov qeyd etdi.

Avropa qurumlarında Azərbaycana baxışda ziddiyyətli məqamların olduğunu deyən S.İsgəndərov hesab edir ki, bu həmin qurumlarda təmsil olunan qrupların maraqları ilə bağlıdır. “Çox təəssüf, belə qurumlarda müəyyən qrup adamlar var ki, antiazərbaycan mövqeyindən çıxış edirlər. Amma hesab etmirəm ki, AŞPA-da, yaxud Avropa Şurasında, başqa təşkilatlarda olan şəxslərin hamısı antiazərbaycan mövqeyindədir. Bu qurumlarda Azərbaycanda keçirilən seçkilərə fərqli və bir-birinə zidd olan yanaşmalara rast gəlirik, amma o mövqelərin arxasında dayanan məqsədləri də görürük. Qeyd etdiyim kimi, orada müəyyən qruplaşmalar var, amma onların da bir çoxlarının, belə deyək, nə ermənilərə, nə də Ermənistana canları yanır. Sadəcə olaraq, onlar erməni diasporundan aldıqları ianələri doğrultmalıdırlar. Eyni zamanda, vaxtaşırı olaraq Avropa qurumları təzyiq cəhdləri kontektində “işləyib”, onun əvəzini öz “fəaliyyətləri” ilə ödəməlidirlər. Məsəlinin bu tərəfi də var. Bilirsiz ki, belə qurumlarda “yaxşı dayı”, “pis dayı” kontekstindən çıxış edirlər. Görürsüz, onlar pisdir, amma bu o demək deyil ki, hamı pisdir, burada sizin mövqeyinizi dəstəkləyənlər, Azərbaycanın əhəmiyyətini başa düşənlər var. Avropa Şurasının, eləcə də digər beynəlxalq və regional qurumların rəhbərliyi öz divarları arasında gedən belə oyunlara son qoymalıdır. Əgər onlar buna son qoymurlarsa, son qoya bilmirlərsə, yaxud özləri pərdə arxasından belə prosesləri dəstəkləyirlərsə, belə prosesləri gündəmə gətirirlərsə, demək ilk növbədə bundan onların özlərinin nüfuzuna xələl gəlir. Azərbaycanın oradan çıxıb getməsi AŞPA-ya hansı başucalığı gətirə bilər? AŞPA fikirləşirdi ki, orada Azərbaycan nümayəndə heyətinin sözünə, səsvermə hüququna məhdudiyyət qoyacaqlar, Azərbaycan da reaksiya verməyib cəzalandırılmış uşaq kimi küncdə dayanacaq. Amma sərt mövqeyi göstərdi ki, Azərbaycan o ölkələrdən deyil. Ermənistan və digər ölkələr o ölkələrdən ola bilər. Nəyin bahasına olursa olsun, Avropanın yedəyində getməyə çalışan ölkələr bunu edə bilər, bunu özləri üçün məqbul saya bilərlər, amma Azərbaycan bunu məqsbul saya bilməz. Bu baxımdan, düşünürəm ki, əlbəttə, Buriçin Azərbaycan Prezidentini təbrik etməsi çox normal və məntqili bir haldır. Bu, daha çox Avropa Şurasının maraqlarından irəli gəlir. Azərbaycan da birmənalı şəkildə həmişə öz mövqeyini ortaya qoyub ki, bütün münasibətlər adekvat olacaq”-deyə politoloq vurğuladı.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031