KÖHNƏ VERSİYA            

Ermənistanın sərhəd təxribatında Aİ missiyası da iştirak edib - snayper xüsusi yerləşdirilib...

Image

Şakir Ağayev: “Bu  Ermənistanın və onun arxasında dayanan qüvvələrin bölgədəki sabitliyi pozmaq cəhdidir.”

Azərbaycanla sülh sazişi imzalamaqda maraqlı olduğunu dəqiqəbaşı dilə gətirən Ermənistanın əslində məqsədi sülh deyil, bölgədə gərginlik yaratmaq, Avropa Birliyi missiyasının arxasında gizlənib öz işğalçılıq, təxribatçılıq əməllərini davam etdirməkdir. 

Gerçəklik budur ki, Ermənistanın niyyəti məkrli və çirkindir.  Ermənistan törətdiyi son sərhəd təxribatı ilə də özünün əsl məqsədini bir daha büruzə verdi. Məlumdur ki, fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Bu təxribatı bu ölkənin qəsdən törətdiyi video və foto görüntülərdə öz əksini tapıb. Fakt qarşısında qalan Ermənistan bəyan edib ki, təxribatla bağlı araşdırma aparılır və təxribatı törədən cəzasını alacaq. Əlbəttə, Ermənistanın bu bəyanatı səmimiyyətdən uzaqdır. Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 12.02.2024-cü il tarixində törədilmiş təxribatın video görüntüsündə və fotolarda erməni snayperin posta necə yerləşdirildiyi, Azərbaycanın mövqelərini necə hədəfə aldığı və əsgərimizi necə vurduğu, ondan  sonra atəş mövqeyindən öz postuna geri qayıtdığı an aydın əksini tapıb. Bu o qədər dəqiq çəkilib ki, qatil snayperi postda gözləyən hərbiçilər də görsənir. Təbii ki, snayper məqsədli, şüurlu və hazırlıqlı şəkildə gətirilib o postda yerləşdirilib. Özü də bu təxribata əvvəlcədən hazırlanıblar. Məlumdur ki, Ermənistanın son sərhəd təxribatı məqsədyönlü şəkildə hazırlanıb. Snayperin məqsədli şəkildə gətirilib yerləşdirilməsinin özü göstərir ki, Ermənistan sabitliyin yaranmasında maraqlı deyil. 

Bildiyimiz kimi, xeyli müddət idi ki, Ermənistan atəşkəsi pozmurdu. Hətta Prezident İlham Əliyev də yerli mediaya  müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Lakin Ermənistan bu sabitliyi növbəti dəfə də pozdu. Bu ölkənin bu sakitiliyin möhkəmlənməsinin qarşısını alması faktdır. Gizlin deyil ki, Ermənistan bu təxribatları Avropa Birliyi missiyasının arxasında gizlənərək və ondan dəstək alaraq həyata keçirib. Bu ölkənin Avropa Birliyi missiyasının ətəyinin altında  gizlənməsi əslində Avropa Birliyi missiyasının fəaliyyətini genişləndirmək adı altında özünün revanşist siyasətini gizlətmək məqsədi daşıyır. Onun sərhəddə belə bir təxribatı törətməsi onu bir daha təsdiqləyir ki, Ermənistan bu təxribatı məqsədyönlü şəkildə hazırlayıb törədib. Avropa Birliyinin missiyasını genişləndirmək pərdəsi altında gizlənərək bunu edib. 

Necə olur, snayper rahat şəkildə gəlib bizim hədəfi vurur, sonra da sakit şəkildə onu gözləyən hərbiçilərin yanına posta qayıdır, bundan da Ermənistan ordusuna rəhbərlik edənlərin xəbəri olmur? Bu absurddur. Bu təxribatın ssenari müəllifi elə Ermənistan hökumətidir. Əlbəttə, burada Aİ misiyasının məsuliyyəti də yox deyil. Əlbəttə, məqsəd də bölgədə sabitliyin yaranması yönümündə Azərbaycanın apardığı siyasəti pozmaqdır. 

“Aİ missiyasının indiyə qədər təxrtibatla bağlı reaksiya verməməsi ortaya çox ciddi şübhələr çıxarır" 

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də bizimlə söhbətində baş verənlərin məsuliyyətinin birbaşa Ermənistanın üzərinə düşdüyünü dedi: “5-6 aydan çox çəkən sərhəd sakitliyi, çox təəssüflər olsun ki, Ermənistan tərəfindən pozulub. Ermənistan fevralın 12-də iki dəfə sakitliyi pozub. Bir dəfə Zəngilan, ikinci dəfə Tovuz istiqamətində atəş açıblar. Baxmayaraq ki, Ermənistan təxrubatı boynuna aldı və bir zabiti, əsgəri cəzalandırmaqla bunun təsadüfi hal olduğunu dedi. Amma gecə Tovuzun atəşə tutulması bir daha təsdiqlədi ki, bu təsadüfi olmayıb. Bu qətiyyən təsadüfi deyil. Təxribatdan bir gün əvvəl Ermənistanın baş naziri Paşinyan The Telegraph" qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan söylədi və haqsız olaraq Azərbaycanı ittiham etdi ki, guya Azərbaycan sülh sazişinin imzalanmasında maraqlı deyil. Halbuki, əksinə, sülh sazişinin imzalanmasında Azərbaycan maraqlıdır, qalib ölkə olmasına baxmayaraq sülh müqaviləsi bağlamağı Azərbaycan Ermənistana təklif edib. Paşinyan bütün variantlardan istifadə edib sülh müqaviləsini pozmağa çalışır. Həmişə demişəm, yenə də deyirəm, Paşinyan sülh müqaviləsini imzalamaqda maraqlı deyil, inanmıram ki, o sülh sazişini imzalayacaq. Paşinyanın hakimiyyət müddəti bitənə qədər sadəcə olaraq sülh müqaviləsi alveri ilə başları aldadacaq. Paşinyanın gətirdiyi bəhanələrin hamısı sülh müqaviləsinin bağlanmasının qarşısını almağa hesablanıb. Fevralın 12-də baş verən təxribat da sülh müqaviləsinin bağlanmasının qarşısının alınmasına yönəlib. Bu bir daha göstərir ki, Ermənistan revanşist fikirlərindən əl çəkməyib. Təbii ki, Ermənistanı buna həvəsləndirən qüvvələr var. İlk növbədə Ermənistanı bu təxribatı törətməyə həvəsləndirən Aİ-nin oradakı missiyadır ki, Ermənistan onun arxasında gizlənib bu əməlləri törədib. Fevralın 12-də fransız generalı Ermənistana gəlmişdi və oradan da Azərbaycanla sərhəd bölgəsinə gəlib binoklla sərhədləri izləyib. Məhz həmin nöqtədən sərhəd təxribatı baş verib. Bundan əlavə, təxribatdan bir müddət əvvəl Aİ missiyasının tərkibi artırılıb. Ermənistan bu təxribatı öz havadarlarına arxalanıb edib. Yeri gəlmişkən, hələ Aİ missiyası da sərhəd pozuntusuna, təxribata görə münasibət bildirməyib, Ermənistanı ittiham etməyib. Aİ missiyasının indiyə qədər təxrtibatla bağlı reaksiya verməməsi ortaya çox ciddi şübhələr çıxarır. Bundan başqa, Fransa, Almaniya kimi Avropa dövlətləri Ermənistana həvəsləndirici vədlər verirlər. Fransanın və Hindistanın Ermənistanı silahlandırması erməniləri bir az da həvəsləndirir. Hər kəs bilir ki, silah olan yerdə mütləq atəş açılacaq. Ermənilər də bu atəşi açdılar. Bəli, bizim DSX “Qisas” əməliyyatı keçirdi, onların layiqli cəzalarını verdi. 

Paşinyanın tutduğu mövqe, Avropa İttifaqının missiyasına arxalanması, bu qurumdan dəstək alması növbəti sərhəd təxribatı ilə nəticələndi. Bu işdə ona ABŞ-ın da dəstək verməsini istisna etmirəm. Ermənistanın məqsədi sülh sazişinin bağlanmasının qarşısını almaqdır. Bir sözlə, bu, Ermənistanın və onun arxasında dayanan qüvvələrin bölgədəki sabitliyi pozmaq cəhdidir. Sərhəd təxribatında məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür və bu onun sülhü pozmaq cəhdidir.

Əlbəttə, bu təxribat əvvəlcədən planlaşdırılıb və biz bunu snayperin davranışlarında da yaxından izlədik”.

Ş.Ağayevin sözlərinə görə, bu təxribatın törədilməsinə dəstək verən qüvvələrin də məqsədi Ermənistan vasitəsilə bölgəyə daxil olmaq, burada mövqelərini möhkəmləndirmək, Rusiya-Ermənistan münasibətlərindən istifadə edib Rusiyanı bölgədən sıxışdırmaq və Cənubi Qafqazın siyasətini dəyişməkdir. Bunun üçün də onlara yeni müşahibə, münaqişə ocağının lazım olduğunu deyən Ş.Ağayevin sözlərinə görə, bu bəhanəni də başda Fransa və Aİ olmaqla onlara Ermənistan verir.

Ş.Ağayev qeyd etdi ki, bu qüvvələr Ermənistan vasitəsilə Cənubi Qafqazda söz sahibi olmaq istəyirlər. “Münaqişə olmalıdır ki, bundan istifadə edib regionda öz mövqelərini bərkitsinlər. Çox təəssüflər olsun ki, Ermənistan bu gün Cənubi Qafqazda növbəti Ukraynaya çevirilir. Bu ölkə Ukraynanın taleyini görür, amma əməlindən əl çəkmir. Bu baxımdan, Ermənistanın taleyi daha acı olacaq...”

Ş.Ağayev əlavə etdi ki, burada əsas məqsəd həm də Azərbaycanın bölgədə formalaşdırdığı sabitliyi, təhlükəsizlik mühitini, sülh çağırışlarını pozmaq istəyidir.      

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031