Rusiya Estoniyanın baş nazirini axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaya Kallası axtarışa verib. Trend xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Daxili İşlər Nazirliyinin axtarış bazasına istinadən məlumat yayıb.
Məlumata görə, Kallas Rusiya Federasiyasının Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib, lakin estoniyalı nazirin məhz hansı maddə ilə axtarışa verildiyi bazada qeyd olunmayıb.
Rusiya KİV-i həmçinin, Estoniyanın dövlət katibi Taymar Peterkopun da Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verildiyini yazır. Qeyd olunub ki, Peterkopa qarşı Sovet döyüşçülərinin abidələrini məhv etmək və onlara zərər yetirməklə bağlı cinayət işi açılıb.