Ermənistanın sərhəd təxribatına Aİ missiyası niyə susdu?...
Növbəti erməni təxribatı həm də sülh prosesinə atılan güllədir. Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır və bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görsənir. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "Bəs demirdik ki, Ermənistan revanş niyyətlərindən əl çəkməz? Fürsət düşən kimi vəziyyəti yenə gərginləşdirəcəklər ? 2023- cü ilin sentyabr əməliyyatına qədər imkanları var idi ki, həm Azərbaycanla sərhədlər boyunca, həm də separatçılar yuvası Qarabağda təmas xətti boyunca təxribatlar törətsinlər. Geninə - boluna törətdilər də. Bu gün Azərbaycanın içindən qovulublar və bu dəfə tək sərhədlərimiz boyu atəşkəsi pozmağa imkanları yetir .
Zəngilanda sərhədçilərimizə qarşı açdıqları snayper döyüşü səbəbsiz deyil.5- 6 ay sərhəd sakitliyinə duruş gətirmədilər.Sakitlik möhkəmləndikcə Ermənistana sülhlə bağlı təzyiqlər də artır.Bundan yan keçmək üçün Qərbdəki müttəfiqlərlə birgə plan qurdular.Atəşkəsi pozdular ki, bu bölgədə ən azı münaqişə vəziyyətinin hələ davam etdiyi görüntüsünü yaratsınlar, ən çoxu isə bölgəmizdə gərginliyin yeni mərhələsini açsınlar ki, fransızlar- amerikanlar bu şəraitdə regiona daxil ola bilsinlər.
Sərhədçilətimizə qarşı snayper təxribatı Yerevanın və Qərbin birlikdə hazırladıqları plandır.Bu günlərdə Rusiya da bəyan etdi ki. sülh sazişi imzalana bilər və Azərbaycanın layihəsi daha əsaslıdır.Ermənistan açılmış sülh perspektivinə bu formada zərbə vurmaq yolu tutdu.Ən pisi odur ki, Yerevandakı Aİ missiyasının, tez- tez sərhədlərə gəlib binoklla Azərbaycana baxan Qərb diplomatlarının, Qərb məmurlarının birinin səsi çıxmır.Açıq şəkildə erməni snayperinin Azərbaycan sərhədçilərini vurmasına susurlar.Çünki bir yerdə hazırlayıblar...
Onlar birlikdə yeni təxribat planlarının üzərində işləyirlər."
Mətləb Salahov