KÖHNƏ VERSİYA            

Zəngəzur dəhlizindən mühüm xəbər - Rusiya dəmiryolunu öz hesabına bərpa edəcək...

Image

Ankara və Bakı Zəngəzur dəhlizinin açılmasına çox yaxındır. Bu fikirlər Türkiyənin “Haber7” portalında dərc olunan “Türkiyəsiz nizam qalmayıb” sərlövhəli məqalədə yer alıb. O da bildirilib ki, İran prezidenti İbrahim Rəisinin Ankara təmasları zamanı iqtisadi əlaqələrlə yanaşı, regional məsələlər də müzakirə edilib. 

Tərəflər arasında 10 müqavilə imzalanıb. Bölgədə hər iki dövləti narahat edən ən mühüm hadisə Azərbaycanın Qarabağda qələbəsi və bu qələbənin nəticələridir: “Həm Ankara, həm də Bakı Zəngəzur dəhlizinin açılması üçün geri sayıma başlayıb. Gec-tez istifadəyə veriləcək. Türkiyəni türk dövlətləri ilə quru yolu ilə birləşdirəcək bu dəhliz İranı narahat etsə də, Tehranın öz maraqları naminə Ankara ilə ortaq məxrəcə gəlməsi vacibdir”.

Türkiyənin “Anadolu” agentliyi  isə diqqəti ona yönəldir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi regional əməkdaşlığın qarşısında illərdir dayanan maneələri aradan qaldıracaq. Naxçıvanın Kotam kəndində olan agentliyin əməkdaşları, Ermənistandan keçəcəyi təqdirdə, Zəngəzur dəhlizində istifadə olunacaq köhnə dəmiryolunun və avtomobil magistralının görüntülərini çəkib. Reportajda Azərbaycanın qərb əyalətləri ilə quru əlaqəsinin olmaması Naxçıvanın inkişafına maneə kimi göstərilir. Qeyd olunur ki, Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat xətlərinin açılması maddəsi də yer alıb. Zəngəzur dəhlizinin dəmir yolu və avtomobil magistralının Azərbaycan ərazisindən keçən hissəsinin inşası böyük ölçüdə başa çatsa da, Ermənistan hələ də bu istiqamətdə heç bir addım atmayıb. Bildirilir ki, keçmişdə fəal şəkildə istifadə edilən dəmiryol xətti 1991-ci ildən bəri işləmir və onun Ermənistan ərazisindən keçən hissəsi üzərində yerləşən tunellər təmir edilməlidir. Eyni zamanda, dəmir yoluna paralel olan Ermənistan ərazisindəki avtomobil yolunun da təmirə və genişləndirilməsinə ehtiyac var. O da qeyd olunur ki, Azərbaycan və Ermənistan dekabrın 7-də ilk dəfə birgə bəyanat yayaraq, iki dövlət arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addımların atılmasına dair razılıq əldə edib. Region ölkələri üçün geosiyasi və geoiqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqazda yeni inteqrasiya təşəbbüsləri başlayacaq. Beləliklə, burada yer alan fikirlərdən göründüyü kimi, Zəngəzur dəhlizinin açılması istiqamətində maraqlı proseslər cərəyan edir. Elə bu günlərdə “Fitch Solutions” beynəlxalq reytinq agentliyi də dəhlizlə bağlı olduqca maraqlı proqnoz açıqlayıb. Qurum bildirib ki, Azərbaycan və Ermənistan 2024-cü ilin birinci yarısında sülh sazişi imzalaya bilər: “Çox güman ki, sülh sazişinə Zəngəzur dəhlizinin yaradılması üzərində Azərbaycanın nəzarətinin gücləndirilməsi haqqında müddəalar daxil ediləcək”. Onların proqnozuna görə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirib. Bu da dəhlizin açılması üçün əlavə zəmin yaradıb.

Dəhlizin işə düşməsində maraqlı tərəflərdən biri isə şimal qonşumuzdur. Bu xüsusda Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bir sıra maraqlı fikirlər də səsləndirib. Onun dediklərindən belə bəlli olur ki, Ermənistan dəhlizin işə düşməsinə razılıq verəcəyi halda Rusiya öz vəsaiti hesabına onun çəkilişini həyata keçirə bilər: “Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır. Bu mövzu Azərbaycan tərəfi üçün çox vacibdir. Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün əlaqələr kəsilib, Naxçıvanın elektroenerji ilə təchiz olunması dayandırılmışdı. Ona görə də Azərbaycan üçün marşrutun (təxminən 46 km-dir) təhlükəsizliyi mücərrəd mövzu deyil”. Səfirin sözlərinə görə, bu marşrutda tunellər və körpü var: “Rusiya Federasiyası öz vəsaiti hesabına onu yetərincə tez bərpa etməyə hazır idi. Müxtəlif, mənə çox da aydın olmayan səbəblərdən Ermənistan tərəfi danışıqları gecikdirir. Nəticə olaraq, ötən il Bakı və Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair razılaşma imzalanıb. Orada bir az daha uzundur – 60 km-filan, marşrut daha mürəkkəbdir, lakin bu işlər artıq gedir. Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yük daşımaları İran ərazisindən keçirdi. Üstəlik bu Türkiyəyə gedən marşrutdur. İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin, ikili yol nəzərdə tutulub – Avropa və sovet. Müvafiq olaraq, Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik”. Bunlar fonunda regional məsələlər üzrə erməni ekspert Ani Avetyan Zəngəzur dəhlizinin açıalcağını vurğulayır: “Türkiyə və Azərbaycan uzun müddətdir Ermənistana qarşı yumşaq gücdən istifadə edir. Ermənistan diplomatik vasitələrlə müttəfiqlərdən məhrum edilir. Onlar bildirirlər ki, Ermənistanın özü də Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə Zəngəzur dəhlizinin 2028-ci ilədək istifadəyə veriləcəyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı dediklərinə qulaq assanız, görərsiniz ki, o, Ermənistana çağırış edərək, “dəhlizi dərhal açın” deyir. İndi də türkiyəli nazir 2028-ci ilə qədər dəhlizin işə düşəcəyini bəyan edir”. Erməni ekspert bildirib ki, Zəngəzur dəhlizi məsələsində İranla Türkiyə arasında fikir ayrılığı var və Tehran dəhlizin əleyhinədir: “Türkiyə prezidenti hər zaman vurğulayır ki, Zəngəzur dəhlizinə müqavimət göstərən Ermənistan deyil, İrandır. Bu dəhlizlə bağlı Türkiyə, ilk növbədə, İran tərəfi ilə danışıqlar aparır. İran mövqeyini tədricən dəyişir”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031