KÖHNƏ VERSİYA            

Ahdan kimsə qəlb-könül yarasını sağaltmayıb hələ… - On üçüncü yazı

Image

İnsan, (bəlkə də) ona verilən ömür yolundan başlanğıc götürüb ölüm anına qədər yol qət etmək üçün həyata gəlir. Və hər kəs öz yolunu (özünə aid olan yolu) seçərək eyni mən­zilə - son məkana üz tutur. Deməli, şərəflə yaşamaq in­sanın mövcud, var olmasının sübutudur...

İllər ömrün məna və müddətini ifadə etmir, ömür insanın faydalı əməllərilə məna və müddət qazanır. Bu baxımdan, Musa və Tural qardaşları zaman etibarı ilə çox yaşamadılar, ancaq Vətən boyda səltənət qurduqları üçün min il, milyon il, əbədiyyətə qədər yaşayacaqlar... 

Nə yaxşı ki, Vətən (də) yaxşı və pisi ayırd etməkdə çox fəaldır. Onun ədalət ölçüsündə doğma və yad anlayışı fərq­li oblastdadır. Hamını eyni süzgəcdən keçirir, hər kəsə öz mövqeyini və yolunu göstərir...

Musa və Tural qardaşları da Vətən üçün əsrarəngiz gü­nəş şəfəqi idilər, işıltıları qaranlıqda olanlara mənzil başına çatmağa kömək edirdi. Daim minnətdar olacağımız bu cəsur oğullar parlaq mübarizələri ilə bizə Vətən üçün necə yaşamağı diqtə etdilər; minlərlə insan ömrünə məna qataraq zamana sığmayan ömür yaşadılar.

***

Musa və Tural qardaşlarının yaşadıqları evdə olarkən saatın əqrəbləri ixtiyarsız gah geri qalır, gah bir nöqtədə ilişirdi. Qəlbimi göynədən bu vaxt pərişanlığı, şəhid qardaşlara aid şəkillərin divarlarda doğurduğu əks-səda, taleyin diqtə etdiyi zaman çəkisizliyi, Nəhayət ananın həsrət və nisgili... dünəndən sabaha yönəlmiş istək deyildi, əksinə, çəkisizliyin qanunlarına tabe olmaq idi. Sanırdım ki, Nəhayət xanım da, divarlardakı istiqanlı şəkillər də, elə bayırda fəryad qoparan külək də çəkisizlik girdabında çırpıntıya məruz qalıb...

***

Uşaq ikən eşitmişdim; Bala dərdi Vətən «asu­də­li­yi»dir. İnsan sadə ehtimalda bu zərurətə aludədir, mürəkkəb və­ziyyətlərdə isə hətta bir əşyaya (cismə) qarşı çox diq­qətli olur. Bu hal ciddi təsiretmədir, onu müxtəlif ov­qat­lara bükur. 

Vətən çöllərində əsən tufanlara duruş gətirə bilmək gücü olan insanlar fövqəl baxışlara malik olurlar. Onların tez-tez ağrı-acılara tuş gəlmələri hamımıza görünən tərəfləridir. Görə bilmədiyimiz səmtlərdə hadisələr real-ger­çək təsvirdədir. Bu müstəvidə cəmiyyət xeyrinə çırpınan mənəviyyat fikrən fəaldır. Daha dəqiqi, insanların həsrət, nis­gilədözmə zəminləri tale acılığı ilə qarşılıq yaradır və elə fikrən də bu yolda-rizdə yurd-oba ağrıları vahid süjet qu­rur. Bir az əhatəli desək, Vətən fədailəri sözlə süni löv­hə yaratmaq, mənzərə çəkmək cəhdləri etmirlər, (onlar) güc, qüvvət və güllə yaraları ilə hadisələrə möhür vururlar.

***

...Musa və Tural qardaşları – Vətənin ali mükafat verdiyi cəsur oğullar Allahın verdiyi ömrün cəmi 25-26 qapısını aça bildilər. Onlar hələ daha neçə-neçə qapı açmağa mü­vəffəq idilər. Ancaq Vətən naminə bu qapılardan deyil, Allahın vəd etdiyi Cənnətdən keçməyi üstün tutdular. Bu gizli (pünhan) məqamı üzə çıxarmaq, bir növ, «kəşf» et­mək üçün biz də dəridən-qabıqdan çıxırıq. Şəhidə diqqət vətəndaş haqqımızdır. Bu diqqəti ondan əsirgəmək Və­tə­nə qarşı hörmətsizlik olar... Əsl həqiqətdə, bu proses ənənəvi missiyadır; uzun əsrlərdir xalqımız bu vacib kodeksi nəsildən-nəsilə ötürür, özünün xalq yaddaşını nəsil-nəsil ya­şadır. 

Musa və Tural qardaşları yaxşı bilirdilər ki, səmtini mü­əy­yən edən yurd, el-oba, vətənsizlik, digər acı verən proseslər yoxluğa mübtəladır. Burada insanın həyata tərcih etdiyi bir nüans var: Vətən və Vətən daşı ola bilmək. Fik­ri­mizcə, Musa və Tural qardaşlarını bu dərdə ürcah edən də məhz bu zəmin idi...

İçimizdə şəhid qardaşların işıqlı adlarının geniş fövqü var. Bu­nu onlara həsr etdiyimiz sərbəst şeirdə də (adlarının baş hərfləri üzrə) xüsusi qa­bartmağa cəhd etdik:

Mövladı Yerin-Göyün yiyəsi, atam balası.

Uşaq hissimizi Vətən sevgisinə analar çevirir. 

Silah ağır olanda barıt güvə tutur, paslanır. 

Ahdan kimsə qəlb-könül yarasını sağaltmayıb hələ.

Tarix təkrar olunur, bu dəfə fərqlidi hər şey.

Uğur uğur dalınca gəlir çox şükür!

Ruhları Cənnətdə bərq vuran şəhid oğullar

Analarının isti qucağından soyuq səngərə atdılar özlərini.

Laylay dedi onlara gözləri yaşlı Vətən...

Musa və Turala (da) əvvəlcə anaları, sonra Vətən laylay dedi. Bu həzin melodiya onlara yuxu yox, əbədiyyət gə­­tirdi...  

***

Torpaqlarımız uğrunda mübarizəmiz, qazandığımız Zəfər bugünkü milli dövlət quruculuğu işinə, vətəndaşlıq duyğusuna, millətə, dövlətə, Vətənə sevgi hissinin (çox güclü şəkildə) artması ilə təzahür edir. Biz bunu üzərində Qələbəmizin imzası olan 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük. Bu müharibədə Musa və Tural kimi oğulların sayəsində Azərbaycan öz ərazi bütövlüyünü tə­min etdi. 

Daha önəmlisi odur ki, dünya dövlətləri bu 44 gündə Azərbaycanın daha nələrə qadir olduğunu anladı. İndi hər kəs Vətən uğrunda müsəlləh əsgərdir. İndi hər kəs sıravi də olsa, özünü zabit geyimində, zabit sevgisində və zabit şərəfində görür, Vətənə namus və vicdanla xidmətə hazırdır. 

Bu fəhmi bizə verdikləri üçün müharibə iştirakçılarına, qazilərimizə və xüsusən də (Musa və Tural qardaşlarının tim­salında) bütün şəhidlərimizə əbədi minnətdarıq.

Zaman sürətlə ötəcək, nəsillər dəyişəcək, yeni dönəmlər üzə çıxacaq, bir sözlə, dünya min cür düzənlər quracaq, lakin şəhid adı, şəhadət fövqü olduğu kimi qalacaq, daha da gur işıq saçacaq. 

Biz dünyaya, adi dildə desək, ölmək üçün gəldik. Şə­hid­lər isə yaşamaq üçün gəldilər. Bu, bir aksioma deyil, ger­çəkdir. Biz unudulacağıq, şəhidlər isə əsla... 

***

“Qurani-Kərim”də Allahın əzəli-əbədi mövqeyi barədə dəqiq fikirlər var. Məsələn, “Nur” surəsinin 35-ci ayəsində deyilir: “Allah göylərin və yerin nurudur. Onun mö­min­lərin qəlbində olan nuru içində çıraq olan bir taxçaya bən­zəyir; o çıraq şüşənin içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edil­məyən, daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı od toxunmasa da, san­ki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir...”. 

Belə anlamaq olar ki, Allah, seçdiyini (istədiyini) öz nu­ru­na tərəf aparır, onu nurlandırır... 

Ümummilli lider Heydər Əliyevin müdrik kəlamlarında da vətəndaşlıq amili əsas mahiyyətini tapır: “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”. Və ya: “Xalqın, Vətənin ta­leyi hər bir insanın taleyinə çevrilməlidir!”. Bu fikirlərdə də yuxarıdakı fəlsəfi anın hədəfləri var...

Vətən (kimliyindən, cinsindən və irqindən asılı olmayaraq) hər bir insanın həyat səhifəsidir. Anlayışlı insan hə­ya­tının bütün istiqamətlətini bu amil üzərində qurur. Biz də məhz bu timsalda Musa və Tural qardaşlarının - Vətən uğ­runda həlak olan bu qəhrəman oğulların xatirəsini əbədiləşdirmək fikrindəyik. Gördüyümüz ardıcıl işləri, apardığımız araşdırmaları bu yöndə təqdirəlayiq hal hesab edirik. Bu, bizim üçün həm də bir araşdırma işidir. Vətən na­mi­nə atdığımız addımlar gələcək işlərdə ölkəmizin insan re­surslarına daha xüsusi diqqət yetirməyi bizə təlqin edir. Çünki üzərimizdə mühüm vəzifə və məsuliyyətlər var. 

“Gəl, birlikdə köçək dünyadan...” kitabı həcmcə kiçikdir, lakin üzərində gərgin iş aparır, böyük zəhmətlərə qatlaşırıq. Faktları, hadisə və prosesləri doğru-düzgün vermək üçün ard-arda Mingəçevirə ezam olunuruq. Hər dəfə də şə­hid­lə­rin anaları, digər şəxslərlə görüşərkən Musa və Tural qardaşlarının taleyinə acıyır, onların əzizləri, doğmaları kimi sızıldayır, iztirab çəkirik. Hər görüşümüz bizə şəhid olmağın şərəfini daddırır. Zənnimizcə, kitabımızın əsas məğzi, gördüyümüz işin əsas qayəsi bu vacib nüansdır... 

Bu, bizə həm də onu anladır ki, Vətən öz vətəndaşının ağ­rı-acılarını unutmur, onu tarixin səhifələrinə hopdurur, yaddaşlarda yaşadır...  

“Gəl, birlikdə köçək dünyadan...” kitabında daşlaşmış tarix, salnaməyə çevrilmiş həyat çalarları çoxdur. Burada hər iki övladı şəhid olmuş Nəhayət xanımın dərdin ən qaynar acısına məruz qalmış naləsi əks-səda verir. O, bütün hallarda ayaqları üstündə durmağa cəhd edir, lakin övladsızlıq onu üzür... 

Biz adıçəkilən kitabda şəhid anasının acılarına şərik olmaq naminə bütün gücümüzü səfərbər etmişik. Hətta onun şəhid övladlarının torpaq əzmini, Vətən məhəbbətini tarixin parlaq səhifələrinə çevirmək, yetişən nəsillərdə Vətən duyğusu aşılamaq üçün də müəyyən səmtlər seçmişik, ancaq təkcə onun özünün sızıltılarına məlhəm olmaq iqtidarında deyilik... 

***

Əlbəttə, hər ad bir məna kəsb edir. Hər adın mahiyyə­tində bir həyat təzahürü mövcuddur. “Gəl, birlikdə köçək dünyadan...” adlı kitabda Baş Obrazlar kimi təqdir etdiyimiz Musa və Turalın da (təbii ki,) adlarında mahiyyəti bəl­li xüsusatlar var.

Diqqət edək: 

“Musa” sözünün (ad olaraq) hərfi anlamda yozumu “su­dan xilas edilmiş”dir. Bu söz (ad) eyni zamanda, şən, dost, yaradıcı, diqqətli, temperamental, dəyişkən, səlahiyyətli, sə­xavətli, aktiv, şanslı, ciddi, müasir kimi anlamlar da ve­rir. 

Musa, həmçinin, Misir dilindəki “məsu” sözündəndir, uşaq, bala deməkdir. Yaxud möcüzə göstərən kimi də yo­zu­lur. Əsas etibarilə Peyğəmbər adıdır.

Tural adının mahiyyətində yaşamaq, mövcud olmaq, əbədi, ölməz, qalib gələn, dost, aktiv, şən, səxavətli, şanslı kimi təqdirlər var. Bu adı diqqətli, yaradıcı, ciddi, müasir, dəyişkən, temperamental, səlahiyyətli kimi mənalar da (yaxından) izləyir. 

Bu sözlərin içində iki predmet (“şanslı” və “qalib gə­lən”) diqqətimizi daha çox çəkdi. Bu, o anlama gəlir ki, Mu­sa və Tural qardaşları həm şanslı, həm də qalibdir. Hər ikisinə əbədiyyət haqqı - şəhid adı nəsib olub...

***

İndi hamımız bir ağızdan deyirik: Məkanınız cənnət, ruhunuz şad olsun, əziz şəhidlər! Siz Vətən yolunda həlak oldunuz. Əbədiyyət sizin halal haqqınızdır. Bu torpaqlar bizə təkcə qədim atalarımızın yox, həm də sizin əmanətinizdir. Tökdüyünüz qanlar hesabına “Zəfərin mübarək, Azər­baycan!” deyə bildik. Siz Vətən üçün yaşadınız, Vətən üçün şəhadət şərbəti içdiniz. Buna görə siz torpaqda deyil, ürəklərdə dəfn edildiniz.

Əbəs yerə deməyiblər: Vətən ürəkdən başlayır, şəhidliklə bitir! Adı tarixə qanla yazılan insanı heç kim unutmaz. Şeyx Şamil demişkən: “Allaha çatmağın bir çox yolu var. Biz şəhidliyi seçdik…”.

“Şəhidlər duracaq, yurd azad olacaq!” Bunu da istiqlal şairimiz Məhəmmədhüseyn Şəhriyar deyib...

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031