KÖHNƏ VERSİYA            

Sərkisin "müqəddəsliyi" saxta olsa da, Azərbaycanda onun məbədi toxunulmaz saxlanır...

Image

"Caucasus Heritage Watch" (“Qafqaz irsinin qorunması”) təşkilatının Azərbaycana qarşı əsassız ittihamları 2020-ci ildən bəri daha intensiv hal alıb. Erməni mediasında beynəlxalq təşkilat kimi qələmə verilən "Caucasus Heritage Watch"ın (CHW) son açıqlaması da gülüş doğurmaya bilmir. 

Sözügedən təşkilat iddia edir ki, guya Hadrutun “Moxrenes” (Susanlıq) kəndində yerləşən və XVIII-XIX əsrlərə aid olan  “Müqəddəs Sərkis”  “erməni kilsəsi”ni  Azərbaycan “dağıdıb”, təşkilat ölkəmizi bu kilsənin “dağıdılması ilə bağlı araşdırma aparmağa çağırıb”.

"Kilsənin dağıdılmasının (?) hüquqi nəticələrini nəzərə alaraq, Azərbaycan “Müqəddəs Sərkis” kilsəsi ilə bağlı planlarını, eləcə də yeni tikintinin sənədləşdirməsini ictimaiyyətə təqdim etməli, jurnalistlərə və ekspertlərə işləri qiymətləndirmək üçün kəndə daxil olmağa imkan verməlidir", - təşkilatdan bildirilib.

Guya "SkySat" peyk təsvirlərinə əsaslanan CHW 2022-ci ilin iyununa qədər kilsənin “dağıdılmasını” və ilin sonunda “naməlum tikinti işlərinin başlandığını” “sübut edib”.  İddia edirlər ki, guya Azərbaycan “Müqəddəs Sərkis” kilsəsini “söküb” yerində başqasını “tikir”.

Məsələ burasındadır ki, ermənilərin “Müqəddəs Sərkis” adı altında təqdim etdikləri  “erməni kilsəsi”nin onlarla heç bir əlaqəsi yoxdur.

Faiq İsmayılov: “Erməni saytı xeyli müddət əvvəl Xocavənd rayonunun Susanlıq kəndindəki abidənin 44 günlük müharibədən sonra dağıdılmadığını, abidənin hazırda salamat qaldığını sübut edən şəkil paylaşıb”

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ABŞ-ın bu təşkilatı 44 günlük müharibədən sonra bu cür yalan, əsassız bəyanatlarla çıxış edir.  

“Bu təşkilat ilk dəfə deyil ki, belə əsassız informasiyalar yayır. Hadrut işğaldan azad edildikdən sonra ardıcıl olaraq bu kimi uydurmalarla çıxış edir. 

Bir müddət əvvəl apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Hadrut qəsəbəsindən 28 kilometr məsafədə yerləşən Xocavənd rayonunun Susanlıq kəndində XVII-XVIII əsrlərdə Alban memarlığı üslubunda inşa edilən birtağlı bazilika sovetlər dövründə kəndin ərzaq anbarı kimi fəaliyyət göstərib. Son 30 il işğal dövründə abidə kənddə məskunlaşdırılmış ermənilər tərəfindən mənimsənilərək şəxsi məqsədlər üçün istifadə olunub. Bu cür qeyri-qanuni yanaşma abidənin zərər görməsinə səbəb olub”, - deyə F.İsmayılov bildirib.

Onun sözlərinə görə, keçən il apardığı araşdırmaya görə məlum olub ki, abidənin arxa, sağ tərəf yan və qarşı divarlarına, abidənin landşaftına ciddi müdaxilələr edilib, abidənin mühafizə sahəsi ermənilər tərəfindən tamamilə məhv edilib. Bununla yanaşı, abidənin giriş qapısının tağı, abidənin daxilindəki tağın mərkəzi hissəsi üzərində erməni və rus dillərində adam adları, müxtəlif rəqəmlər və nalayiq ifadələr yazılıb, cənub divar sökülərək oradan pəncərə açılıb: “Bu da onu göstərir ki, Susanlıq kəndindəki bu abidənin heç vaxt ermənilərə aidiyyəti olmayıb və abidə ermənilər tərəfindən hətta son 30 ildə ibadət yeri, yəni kilsə kimi istifadə edilməyib. Bu da onu göstərir ki, Ermənistan tərəfindən yayılan məlumat dezinformasiya xarakterlidir, yalandır.

Bu məlumatın yalan olduğunu isbatlayan öncəliklə Ermənistanın “Monument Vatch” saytı oldu. Erməni saytı xeyli müddət əvvəl Xocavənd rayonunun Susanlıq (Moxrenes) kəndindəki abidənin 44 günlük müharibədən sonra dağıdılmadığını, abidənin hazırda salamat qaldığını sübut edən şəkil paylaşıb. Şəkil Azərbaycan Dövlət İnformasiya Agentliyi tərəfindən yayılmışdı. Belə ki, yaydıqları yalanları özləri ifşa etdilər”, - deyə o qeyd etdi.  

Robert Mobili: “Azərbaycan nə o kilsəni, nə də başqa kilsəni dağıdıb...”

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili də “Bakı-Xəbər”ə müsahibəsində “Müqəddəs Sərkis” kilsəsi ilə bağlı maraqlı faktlar açdı. R.Mobilinin sözlərinə görə, erməni Qriqoryan kilsəsi tərəfindən Alban kilsəsinin sonuncu katolikosu, mitropolit Serqi Qanzasar (Serqi Qanzasarski) 1828-ci ildə öldürülüb, sonra isə ermənilər Sergi Qanzasarın əsl adını gizlədərək onu` “Sərkis” adı ilə təqdim edilib.  “Birincisi, Hadrutun bütün kilsələrində olmuşam, amma sözügedən kilsədə olmamışam. Bilirsiz ki, hələ mina problemi tam olaraq həll eidlməyib və bu bir təhlükə olaraq qalır. Ermənilərin yazdığı yalanlarla bağlı informasiyalar məndə var. Ermənilərin iddia etdikləri məsələ yoxdur. O kilsələri Azərbaycan konservasiya edir, bərpa edir. Düzdür, bərpa prosesi böyük vaxt tələb edir. Azərbaycanda kilsənin dağıdılması iddiası tamamilə yalandır. Azərbaycan nə o kilsəni, nə də başqa  kilsəni dağıdıb. Bu, məsələnin bir tərəfi, ikinci də, “Müqəddəs Sərkis” adlandırılan kilsəsinin ermənilərə heç bir aidiyyəti yoxdur. Bu kilsə erməni kilsəsi deyil, birmənalı olaraq o çox qədim alban kilsəsisdir. Uzağa getmək lazım deyil. Bilirsiz, Sərkis kimdir? O, sonuncu Gəncəsər mitropoliti idi.  O kilsəni də ermənilər ləğv edib onu Eçimədzinin tabeliyinə verdilər. Bütün mənbələrdə, ədəbiyyatda onun adı Serqi Qanzasarskidir.  Ermənilər Serqi Qanzasarskinin özünü öldürdülər, sonra adını dəyişib “Sarkis” etdilər, bu kilsənin adı  alban kilsəsinin sonuncu mitropolitinin adı ilə bağlıdır. Bu özü kifayətdir. O Sərkis deyil, o sonuncu mitropolit Serqidir. Serqi Qanzasarksi Alban kilsəsinin sonuncu din xadimi idi, onu da ermənilər öldürüb. Alban kilsəsinin erməni kilsəsinin tabeliyinə keçməsinə nail olmaq üçün  onu ermənilər qətlə yetiriblər”-deyə R.Mobili vurğuladı. 

Hadrutdakı kilsələrdə olduğunu deyən R.Mobili qeyd etdi ki, o kilsələr təmizlənib, tərtəmiz saxlanılır. Azərbaycanda kilsələrin dağıdılmasından söhbət gedə bilməz deyən R.Mobili “Azərbaycan həmişə kilsələrin bərpasına xüsusi diqqət yetirir, dəstək verir. Gələcəkdə bərpaya ehtyacı olan kilsələr hamısı bərpa ediləcək. Başa düşə bilmirəm ki, ermənilər niyə yalandan hay-küy salır. Dövlət səviyyəsində gəlib kilsələrə baxmaq istəyirlərsə, gəlib baxsınlar, paralel olaraq bizə də imkan yaratsınlar ki, biz də gedib Qərbi Zəngəzurdakı abidələrimizə baxaq, monitorinq aparaq. Gedək görək Tatev monastırını nə günə salıblar. Dini baxımdan bu cür qarşılıqlı addımlara razıyam. Baxmaq istəyirlərsə gəlib bizim alban monastırlarına baxsınlar. Biz hər dəfə səfərlərin paralel olmalı olduğunu deyəndə ermənilər razılaşmırlar, qaçırlar. Qədim alban kilsələri yalnız Qarabağda və onun ətrafında deyil ki. Alban kilsələri Qazaxda, Gədəbəydə və başqa yerlərdə də var”-deyə R.Mobili əlavə etdi.

O vurğuladı ki, alban kilsələrini biz deyil, ermənilər pis vəziyyətə salıb. R.Mobilinin sözlərinə görə, elə kilsələr var ki, ermənilər orada silah-sursat və başqa şeylər saxlayıblar. “İndi onlar dağıtdıqları alban məbədlərinin məsuliyyətini Azərbaycanın üzərinə yıxmaq istəyir. Məqsəd şərləməkdir. Yaxud Ağoğlanda xaçqarları qırıb aparıblar, amma “Azərbaycan edib” deyirlər. Onlar öz cinayətlərinin  izlərini silmək üçün  bunu ediblər.

Onlar təkcə alban məbədlərinə deyil, islam abidələrinə qarşı da vandalizm törədiblər. Bizə şərait yaratsınlar gedək Ermənistanda alban kilsələrinin, məscidlərin vəziyyətinə baxaq, görək onları nə gündə saxlayıblar. Hər şey paralel olmalıdır”-deyə R. Mobili bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031