Bu il 1 nəfərlik həcc ziyarətinin qiyməti 10 min manat müəyyənləşib....Fəlakət ....
Bu il Həcc ziyarəti qiymətləri açıqlanıb. Bir nəfər üçün 5850 dollar müəyyənləşib. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: Əvvala, böyük "həcc yolu" getdikcə yalnız "varlıların yoluna" çevrilməkdədir. Hər ötən il nə zamansa Həcc ziyarətinə getmək arzusunu içində boğmağa məhkum edilən imkansız imankeşlərin vəbalını kimin boynuna yükləyəcəyik?...
İkinci, hər bir Azərbaycan vətəndaşının bu yola tökdüyü 10 min manat vəsait bu xalqın, bu toplumun, bu dövlətin sərvəti deyilmi? Bizim sərvətimiz niyə çöllərə səpələnməlidir?
Allah mərhum şairimiz Bəxtiyar Vahabzadəyə rəhmət eləsin...Deyərdi ki...
Daş - qaş içindədir ...............
Diri övladları lüt- üryan gəzir...
Mətləb