Paşinyan: “Sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb”
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb. Bunu Ermənistanın baş naziri Paşinyan deyib.
“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – deyə o, “The Telegraph” qəzetinə müsahibəsində bildirib.