Orban Ukrayna müharibəsinin 2024-cü ildə bitəcəyinə inanmır...
Ukrayna münaqişəsi 2024-cü ildə başa çatmayacaq. “Die Presse” qəzetinin məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban Avstriya kansleri Volfqanq Şussellə söhbətində deyib.
“Əfsuslar olsun ki, Ukrayna münaqişəsi bu il başa çatmayacaq”, - deyə o hesab edir.
Orban diqqətə çatdırıb ki, Macarıstan “heç olmasa atəşəkəsə nail olmaq və danışıqlar prosesinin başlanmasını yaxınlaşdırmaq üçün əlindən gələni edəcək.
O, Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərilməsini iyulun 1-dən etibarən Avropa İttifaqı Şurasına sədrlik edəcək Macarıstanın siyasi kursunun prioritet istiqaməti olduğunu vurğulayıb.
ZÜMRÜD