Baydeni seksual zirakılıqda ittiham edən katibəsinin müsahibəsi yayıldı.....
Putindən müsahibə almış ABŞ jurnalisti Karlsonla bağlı sensasiyalı müzakirələr səngimir. Fevralın 8- də Putindən müsahibə götürərək 9- da Rusiyanı tərk etmiş jurnalist fevralın 9- da müsahibəni efirə verib. Müsahibədə Bayden hökumətinin Ukrayna siyasətinin bir sıra məqamları Putin tərəfindən hədəfə alınır ki, Amerikada təəccüb doğuran da budur ki, Qərb mediasının blokladığı Putin " mühasirəni necə yarıb"...
Karlsonun Moskvada başqa görüşlərinin olduğu barədə də xəbərlər yayılıb ki, Trampa yaxın hesab edilən jurnalistin Rusiyada Amerika disidentləri ilə görüşü nə deməkdir. Belə ki,
Karlson Moskvada Eduard Snoudenlə və Baydeni seksual zorakılıqda günahlandıran Ridlə də görüşüb.Snouden ABŞ Milli təhlükəsizlik agentliyində işləyərkən 2013- cü ildə ABŞ və Britaniyanın internetdə xüsusi cəsusluq proqramları ilə işlədiklərini açmış və həmin il Rusiyaya gələrək Rusiya vətəndaşlığı alıb.Rid isə 91- 92- ci illərdə Bayden senator olarkən onun katibəsi olub və sonradan Baydeni seksual zorakılıqda ittiham edib.Hazırda katibə Rid də Moskvada yaşayır.
Namiq Quliyev