Cəmi min nəfərin tələbi ilə prezident istefa verdi- üstəlik üzr istədi...
Macarıstanda maraqlı hadisə baş verib.2022- ci ilin mayından ölkənin prezidenti olan xanım Novak xalqdan üzr istiyərək istefa verib." Bu mənim sizə prezident olaraq son müraciətimdir" deyə sabiq prezident bəyanat verib.
Məsələ necə baş verib? Uşaq evində seksual zorakılığa görə həbs olunmuş direktor müavini prezident tərəfindən əfv olunub və bu əhalinin etirazına səbəb olub. Minə yaxın etirazçı küçəyə çıxaraq prezidentə istefa tələb ediblər. Novak deyib ki, seksual zorakılıq cinayətlərinin ört - basdır edilməsində direktor müavininin günahsız olduğunu düşünüb və əfv qərarı verib." Mən səhv etdim, bağışlayın"- prezidentin istefa bəyanatı da bu sözlər də yer alıb.
Xatırladaq ki, xanım Novak prezidentliyə qədər Macarıstanın ailə naziri olub.
Namiq Quliyev