Sülhməramlılar 2025-də Qarabağdan çıxacaqmı? - Qaluzin regiondakı vəziyyətdən, tələblərdən, razılaşmalardan asılı olacağını deyir...
Rusiya sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Azərbaycanla müzakirə edəcək.
Trend-in məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq", - o deyib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabağa yerləşdirilib.