Yaxın vaxtlarda Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilə bilər
Bakı və İrəvan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələləri müzakirə ediblər. Bu barədə Ermənistan baş nazirinin müavini Mger Qriqoryan məlumat verib.
"Hər iki ölkə tərəfindən təsdiqlənmiş iş qaydası var. Növbəti görüş barədə hələ razılığımız yoxdur, lakin düşünürəm ki, yaxın gələcəkdə onu təşkil edəcəyik" - deyə Qriqoryan bildirib.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası yanvarın 31-də keçirilib. Görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub. Bu sayca 6-cı görüş olub.
TAHİR