Pakistanda koalisiyon hökümət qurulacaq - Navaz Şərif çağırış etdi
Pakistanın keçmiş baş naziri Navaz Şərif mövqeyini dəyişib və koalisiya hökuməti qurmağa çalışacağını bildirib. “Associated Press” agentliyinin ən son məlumatında deyilir ki, N.Şərif tərəfdarlarını digər partiyaların liderləri ilə görüşməyə və onları koalisiyaya qoşulmağa dəvət etməyə göndərdiyini deyib. “Bizim başqalarının dəstəyi olmadan hökumət qurmaq üçün kifayət qədər böyük səs çoxluğumuz yoxdur. Müttəfiqlərimizi koalisiyaya qoşulmağa dəvət edirik ki, Pakistanı problemlərindən çıxarmaq üçün birlikdə işləyə bilək”, - deyə Navaz Şərif qeyd edib.
Agentlik qeyd edib ki, keçmiş baş nazir daha əvvəl koalisiya ideyasını rədd etmiş və Pakistanın beşillik müddət ərzində bir partiya tərəfindən idarə olunmasını istəmişdi.
Mətləb