İsrail Knessetinin sədri Antonio Quterreşlə görüşdən imtina etdi
İsrail Knessetinin sədri Amir Ohana BMT-nin Baş katibi Antonio Quterreşin Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasının zəruriliyi ilə bağlı bəyanatlarına görə onunla planlaşdırılan görüşü ləğv edib. Bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib. Onun sözlərinə görə, BMT görüşün ləğvi barədə jurnalistlərdən xəbər tutub.
Dünya təşkilatının rəhbərinin nümayəndəsi əlavə edib ki, Quterreş Fələstin-İsrail münaqişəsi ilə bağlı son mətbuat konfransında əvvəllər demədiyi heç nə deməyib. “The Times of Israel” xəbər verir ki, Knessetin sədri görüşdə Baş katibi İsrailin mövqeyinin düzgünlüyünə inandırmaq istədiyini, lakin Quterreşin Qəzzada atəşkəslə bağlı növbəti çağırışından sonra bunun faydasız olduğunu anladığını bildirib.
Mətləb Salahov