Ukraynada xaosun ayaq səsləri – İstefaya göndərilən Zalujnının dəstəkçiləri Kiyevdə etiraz aksiyalarına başladı
Ukrayna prezidenti Vladimir Zelenskinin Baş Qərargah rəisi Valeri Zalujnını vəzifədən uzaqlaşdırması ölkədə ciddi narazılığa səbəb olub.
Belə ki, paytaxtı Kiyevdə Müstəqillik Meydanına toplaşan insanlar etiraz aksiyası keçiriblər. Nümayişçilər Baş Qərargah rəisi Zalujninin vəzifədə çıxarılmasına etiraz ediblər.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Umerov ordu rəhbərliyini dəyişməyə qərar verdiklərini açıqlayıb. Prezident Zelenski Quru Qoşunlarının komandanı Aleksandr Sirskini Ukrayna Baş Qərargahının rəisi təyin edib.
TAHİR