İranın keçmiş XİN başçısı Moskvanı ittiham etdi - İran PUA-larına dair məlumatı sızdırdılar...
Təəssüf ki, Ukraynada Rusiyanın sayəsində məğlub olduq. Xarici media yazır ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
O, müxtəlif spektrlərdən olan fəalların iştirak etdiyi tədbirdə çıxış edib.
Sabiq XİN rəhbəri deyib: "Rusiyalılar həm İrandan pilotsuz təyyarələr alıb, həm də özləri bu məlumatı sızdırıblar. Bu, nüvə sazişi müzakirələri üçün çox dəhşətli dəlil ola bilər. Onlar üçün dəqiq, bizim üçün təhlükəli".
Qeyd edək ki, bununla bərabər sosial şəbəkələrdə İranın Aerakosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin rusiyalı vəzifədaşı Sergey Surovkinlə danışıqlarına dair video sızdırılıb. 2019-cu ilin yayında çəkilən həmin görüntülərdə Hacızadə rusiyalı generala deyir: "Siz bizə aerakosmik qüvvələrin yaradılmasında kömək edin, biz də sizə PUA qüvvələri yaratmaqda".
ZÜMRÜD