KÖHNƏ VERSİYA            

Bala dərdi Vətən «asu­də­li­yi»dir

Image

...Cismani həyat hər kəsin əbədiyyət yolçuluğudur de­yə, bir gün doğulan insanın bir gün öləcəyi fərqindəyik. Amma elə insanlar var ki, məsələn, Musa və Tural kimi, öl­mək üçün yox, yaşamaq və yaşatmaq üçün doğulurlar.

Be­lələri cismən bizdən ayrılır, əbədi olaraq isə ürəklərimizdə məskən salırlar…

Rəssam, bir şəkil çək

Rəssam, bir şəkil çək, orda

Nə ağ, nə də qara olsun. 

Elə çəkmə, şəhid dağı

Ürəklərdə yara olsun. 

 

Toy sədası düşsün dilə,

Xonçalarda noğulu çək.

Musa kimi qəhrəmanı,

Tural kimi oğulu çək. 

 

İki qardaş - iki tale,

Sən də iki şam göstər ha.

Yarımçıqdı bu ömürlər,

Sən bütöv çək, tam göstər ha. 

 

Musa-Tural qardaşları

Zəmanətdi bu Vətənə.

Hər qardaşdan iki uşaq

Əmanətdi bu Vətənə.

 

Rəssam, götür fırçanı, gör,

Necə dözür can bu dərdə.

Şəhid dağı çəkə-çəkə

Sən də alış, yan bu dərdə.

 

Rəng səndədi, fırça səndə,

Bütün eli - əyalı çək.

Şəhid adı uca addı,

Nə çəkirsən, həyalı çək.

 

Musa da gənc, Tural da gənc,

Bulud kimi çaxaq görək.

Üç ildi şəkil çəkirsən, 

Nə çəkmisən, baxaq görək.

 

Rəssam, bir şəkil çək, orda

Nə ağ, nə də qara olsun. 

Elə çəkmə, şəhid dağı

Ürəklərdə yara olsun... 

Bu şeir Musa və Tural qardaşlarının adına verilmiş kü­çə­də ilham mayamdan süzülüb gəldi. Şeiri içimdə pıçıldadım. Deyib qurtarana qədər də gözlərimi şəhid qardaşlardan çəkmədim (daha doğrusu, çəkə bilmədim). Günəşin üfüq xəttinə əyilən ilıq şüaları sanki bunu duydu, havadakı hərarət qismən artdı...  

***

Çox vaxt bizə elə gəlir ki, təsadüf həyatın əsas prinsipidir. Əslində isə həyat təsadüfi sıçrayışın yox, zəruri münasibətin predmetidir. Sadə dildə belə anlayaq ki, həyatda tə­sa­düf deyilən şey yoxdur, yalnız zərurət var. Əgər (bir-bi­ri­ni tanıyan) iki şəxs uzun illərdən sonra haradasa qarşı-qar­şıya gəlir(lər)sə, bu, təsadüf deyil, zərurətdir. 

Zərurət anlayışını “nə vaxtsa olacaq, nə vaxtsa baş ve­rə­cək hadisə” hesab edək. O zaman təsadüfün zəruri ol­ma­dığı ortaya çıxacaq. Qısaca, insanın həyatında (bu gün, ya sabah) baş verəcək heç bir şey təsadüf deyil. Bu mənada, Musa və Tural qardaşlarının (hələ idmançı ikən belə) qur­duqları xəyallar, illər sonra Vətən uğrunda qəhrəmanlıqla həlak olmaları, bu gün də xalqın istəkli övladlarına çevrilmələri zərurətdir. Zərurət budur: onların (hər ikisinin) alnında şəhidlik nişanı var idi və həyat bu pünhan məqamı (vax­tı çatanda) ay­dın tərzdə göstərdi... 

Növbəti görüşümüzdə Nəhayət xanım da hər iki oğlunun bir müharibədə şəhid olmasını təsadüf deyil, zərurət hesab etdi... 

Sonra dedi ki, Musa və Tural idmana (da) məx­­susi ma­raq göstərirdilər... Biz də dərhal onlardakı çe­vik­liyi, fəal münasibəti və s. idmana olan bağlılıqla əlaqələndirdik. 

Arada (qəfildən) bir neçə dəqiqəlik susqunluq hökm sür­­dü, sonra Nəhayət xanım dedi:

- Hər iki qardaş idmanın otüstü xokkey növü üzrə yarışlarda qızıl medallara layiq görülüblər... İdmanın bü növünü çox xoşlayırdılar... Sinələrindən qızıl medallar asılanda xü­­­susi bir çöhrəyə dolurdular. Elə bilirdim, balalarımın üzü­­nə mələk surəti enib...

Yəni hər iki qardaş idmançı kimi də cəmiyyətin sevimli üzvləri olublar... 

Xalqımızın (bu gün) tarixi anlar yaşaması, illərdir şəhid qanı ilə suvarılan torpaqlarımızın (qısa müddətdə) azad edil­məsi, müharibə dəhşətləri, qanlı-qadalı günlər, şəhidlərimiz və s.-də öz-özlüyündə bir zərurətdir. 

Həmçinin, Qarabağda üçrəngli bayrağımızın ucaldılması, bütün ərazilərimizə Müzəffər Azərbaycan Ordusunun nə­zarət etməsi (bir) zərurət haqqıdır. 

Təsadüfə inananlar üçün həyat yanlış bir təəssürat, ya­şa­dıqlarımızı və nə vaxtsa baş verəcəkləri zərurət hesab edənlər üçün isə (həyat) bir gerçəkdir. Torpaqlarımız uğ­runda canlarından keçən bütün şəhidlərimiz, o cümlədən, Musa və Tural qardaşları bu gerçəyin içindədir...

***

Şəhid ömrü tarixin həyat səhifəsidir. Həyat da bütün is­ti­qamətlərini insan amili üzərində qurur. İnsanın işi isə Və­tən uğrunda həlak olanların xatirəsini əbədiləşdirməkdir. Bizim də bu istiqamətdə gördüyümüz ardıcıl işlər təqdirəlayiq hal hesab olunmalıdır. Çünki biz də bütün addımlarımızı Vətən naminə atdıq (bu addımın üzərində araşdırma, axtarış işləri kimi mühüm vəzifələr var). Anladıq ki, nəş­rə hazırladığımız «Gəl, birlikdə köçək dünyadan» adlı ki­tabda iki Azərbaycan övladının taleyi qabarır. Bu kitabın, ya­ralı quş kimi çırpınan səhifələrindən şəkil-şəkil in­san­ların işıqlı baxışları, onlara ağlayan anaların iç deşən hay­qırtıları boylanır. Bu səhifələrdə bir hicran anı, bir həsrət ləngəri püskürür. Bu səhifələrin kədərli qəlbində daşlaşmış tarix, salnaməyə çevrilmiş həyat çalarları var. Bu­ra­da vəhşətlərə məruz qalmış insan əzablarının son çığırtıları əks-səda verir; o əzablara aludə olan cəmiyyətin soy-kö­kün­dən gələn böyük bir ağayanalıq diqqət çəkir. 

Biz bu ki­tabı şəhid qardaşlara ehtiram nümunəsi kimi qə­ləmə aldıq. Missiyamız budur; xalqımızın əzmini, Və­tən məhəbbətini tarixin parlaq səhifələrinə çevirən oğullara sonsuz minnətdarlıq və bu ali hissi yetişən nəsillərə aşılamaq...   

***

Haqq sözdür; Əməli iş gerçək məsuliyyətdir. Ölkə­miz­də aparılan sağlam, uğurlu siyasət də bu prosesi özündə eh­tiva edir. Bunun əməl şəklində təzahürü isə sabahlarımıza inamı möhkəmləndirir. Əlbəttə, insan diqqətində bir­gə­liyin ən ümdə məsələlərdən olması çox yaxşı haldır. Bu, çətin anda da, xoş gündə də bir olmaq zərurətidir...  

İctimai həyatın aparıcı qüvvəsi İNSANdır. O insan ki, bir-birindən müəyyən mənada tale müxtəlifliyi ilə fərqlənir. Zaman həmişə belə insanların ağlı, zəkası, gücü və qüdrəti ilə tərəqqi edib. Heç şübhəsiz, gənc yaşlarından öz­lərini Vətən uğrunda fəda edən, üçrəngli bayrağımızın Qarabağda dalğalanmasında rolu olan Mingəçevir cəngavərləri Musa və Tural qardaşları da həqiqətin bütün təbəqələrdə ali missiya daşıdığını sübut etdilər. Zəhmətkeş ailənin, çöhrələri daim təbəssüm işığında parıldayan iki nur­lu insanın – Tapdıq ata və Nəhayət ananın övladları olan bu qeyrət mücəssəmələri əsl şəxsiyyət olmağı bacardılar. Onlar öz zəkalarını Vətən naminə «xərclədilər», müs­təqil Azərbaycanımızın bütövlüyü uğrunda gərgin əmək sərf etdilər. Sevindirici haldır ki, bu gün də onların həyat kredosu yurda məhəbbət, xalqa və dövlətə sədaqət hissi ilə təzahür edir. 

Biz həmişə doğru qənaətdə olmuşuq: həqiqətən sıravi vətəndaşın böyük şərəf sahibinə çevrilməsi bir insanın bü­töv tale yazısını oxumaq qədər çətindir. Məsələn, alim ol­maq istəyən şəxs həyatı pillə-pillə keçir; oxuyur, araşdırır, elmi sahələrdə təcrübə toplayır, xülasə, ömrünün böyük his­səsini bu işə sərf edir, nəhayət elmi ad alır. Şəhid isə illərin deyil, bir anın içində şəhadətə yüksəlir, şərəf-şan yiyəsi olur. Musa və Tural qardaşlarının da şəhadəti bir an məsələsidir. Bir göz qırpımında onlar qeyrət silahlarına sa­rı­lıb düşmənə sipər oldular. Əlbəttə, bu qəhrəmanlıq Və­tən üçün idi, xalqımız üçün, gələcək nəsillər üçün idi... Hər iki qardaş bu şərəfi hələ dadmamışdan Vətən məhəbbəti ilə süslənmişdilər. Bu istəyi onlara Allah, bir də ki, tər­biyə aldıqları ata və ana vermişdi. Belə olmasaydı, onlar gənclərə örnək ola bilməzdilər. 

Nə xoş ki, bu qəhrəmanlığın bütün istiqamətlərdə aydın və dəqiq sərhədləri var...

*** 

Sağlam düşüncə, pak əməl milli dövlətçilik işi, milli döv­lət quruculuğu üçün xarakterik nüanslardır. Bu prosesi hər kəs öz üzərinə götürdüyü məsuliyyətlə diqtə edir. Ün­van­larına bütün ömrümüz boyu fövqəl sözlər deyəcəyimiz Musa və Tural qardaşları bu şərəfi Vətənə can fəda et­mək­lə təqdir etdilər. Əbəs yerə deyil ki, onlar bu gün çox böyük ad daşıyır - şərəfli insan, ölməz şəhid adı. Elə bir ad ki, nə qədər Azərbaycan var, o ad da olacaq. 

Musa və Tural qardaşları Vətənin etimadını əminliklə doğrultdular, çünki üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirdilər. Necə ki, zəhmət adamı gördüyü işlərdən zövq alır, onlar da eynən bu tərzdə Vətən uğrundakı şərəflərini bir borc hesab etdilər, bayrağımızı bir gül kimi qoxladılar, Zəfər şərbəti içən oğullara dayaq oldular. Buna gö­rə onlar daim dərin hörmətə, xüsusi alqışa layiq olacaq­lar. 

Bu gün Mingəçevirdə balacadan böyüyə hər kəs Musa və Tural qardaşlarına sonsuz etimad göstərir. Bu qeyrət simvollarının həyat və döyüş yolu (əlbəttə) bir kitaba sığmaz. 

Musa və Tural qardaşlarının valideynləri Tapdıq ata və Nəhayət ana həyatlarının ən çətin anlarını səbr və təmkinlə mühafizə edə biliblər. Onların – onlar kimi mayası halal insanların öyüd-nəsihət verdiyi uşaqlar təbii ki, şəhadət şər­bəti içməyi özlərinə şərəf bilirlər.  

Artıq Musa və Tural qardaşlarının da həyatları bir kitabdır. Onlar da (hamı kimi) öz ömürlərini bir kitab kimi oxudular. Bu ömrü səhifə-səhifə yaşadılar və kitab qədər, su qədər möhtəşəm ömür qazandılar. Tam səmimiyyətlə de­yə bilərik ki, onların davranışları, hörmət və nüfuzları se­və-sevə oxuduqları kitab ömürlərinin aydın zərrələridir. Onlar Allahın verdiyi canı özlərindən, ailələrindən, övladlarından da çox Vətən üçün fəda etdilər. Onlar ən qaynar, ən çılğın və ən sürətli çağlarını olduqca mühüm və məsuliyyətli bir işə - torpaqlarımızın azadlığına sərf etdilər, bö­yük və vacib ictimai uğurlara, Qələbə kitabına imza atdılar. 

Azərbaycan xalqı fədakar insanlarını həmişə uca tutur. Uşaq yaşlarından fədakar, əməksevər, gerçək vətənpərvər qardaşlar Musa və Turala göstərilən diqqət və hörmət də elə bu prosesdən qaynaqlanır. Bunu həm də onlara göstərilən insan sevgisinin ovqatı ilə isbat etmək mümkündür. Bu, şəhid qardaşların, onların valideynlərinin və övladlarının Vətən qarşısındakı məsuliyyətini bir qədər də artırır. Musa və Tural daxili əməlləri və zahiri fəaliyyətləri ilə (hər kəs üçün) bu statusa sahib çıxıblar. Onların şəxsiyyət adı da məhz bu ucalığın təntənəsidir. 

Musa və Tural qardaşları haqqında günlərlə danışmaq, yazmaq olar. Cəsarətli, mərd, mübariz insan idilər. Bu, on­ların üzərlərində daşıdıqları ictimai vəzifənin məsuliyyəti idi. Bu, insanların onlara sonsuz ehtiramını büruzə verir. 

(Ardı var)
Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031