KÖHNƏ VERSİYA            

"Ukrayna Ali Radasının AŞPA-ya və Milli Məclisə müraciəti öz rolunu oynamalıdır"

Image

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaranmış vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır. Bu fikri AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi ilə bağlı qərara münasibət bildirən Ukraynanın hakim “Xalqın xidmətçisi” fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya AZƏRTAC-a müsahibəsində deyib. “Yaranmış vəziyyətə görə təbii ki, çox üzüldük. Biz bir-birimizin - həm Azərbaycanın, həm doğulduğum vətənim Gürcüstanın, həm də təəssüf ki, hazırda belə qanlı müharibənin getdiyi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyirik. Bu isə hər bir dövlətin öz suverenliyini müdafiə etmək, beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaq hüququdur. AŞPA-da baş vermiş vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır. Hisslərə qapılmaq lazım deyil. Bizim parlamentin Xarici əlaqələr komitəsi həm Azərbaycan tərəfinə, həm də AŞPA-ya müraciət edib. Bir xahişimiz var, - biz bu prosesin subyekti deyilik və iştirakçı kimi ortada olmaq istəmirik, - istəyirik ki, hər iki tərəf danışıqlar masası arxasında əyləşsin, ümumi razılıq əldə edilsin və hər şey olduğu kimi geri qaytarılsın. Çünki Azərbaycan və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti uzun onilliklər ərzində çox səmərəli işləyir, bütün dəyərləri - multikulturalizmi, demokratik dəyərləri bölüşürlər. Ona görə də bizə elə gəlir ki, bu anlaşılmazlıq daha çox hər iki tərəfin emosiyalarından qaynaqlanır. Buna görə bir neçə onillik ərzində davam etmiş təmsilçiliyi dayandırmaq üçün heç bir səbəb yoxdur. Ona görə də indi hər hansı detala varmıram. Mənə elə gəlir ki, bizim parlamentdən olan deputatlarımızın hamısının həm sizin parlamentə, həm də AŞPA rəhbərliyinə etdiyi müraciət öz rolunu oynamalıdır, çünki biz bugünkü vəziyyətimizdə birliyin nə olduğunu başa düşürük. Bu gün birlik böyük dəyərdir. Belə halların baş verdiyini görəndə birliyin çox vacib olduğunu anlayırıq. Ona görə də biz istəyirik ki, müharibə şəraitində yaşayan ölkə olaraq hər iki tərəfə müraciət edək və tərəflər danışıqlar masası arxasında əyləşib həll yolunu tapsınlar”, - deyə David Araxamiya bildirib. 

Azərbaycan bütün aspektlərdən beynəlxalq səviyyədə tanınmağa layiq ölkədir

 AŞPA-nın üzvü olmadığını xatırladan D.Araxamiya bu qurumun mövqeyinin dəyərlərə necə zərbə vuracağını qiymətləndirə bilmədiyini qeyd edərək deyib: “Azərbaycana dəfələrlə səfər etmişəm və bu ölkə ilə bağlı təcrübəmi bölüşə bilərəm. Azərbaycan multikultural ölkədir, burada müxtəlif dinlərə, millətlərə tolerant yanaşılır, dözümlülük var. Mən Azərbaycanda küçələri gəzmişəm, sadə azərbaycanlılarla söhbət etmişəm. Çox rahat şəkildə piyada gəzmişəm. İnsanlar bu ölkədə özlərini çox təhlükəsiz hiss edirlər, kriminogen durum çox aşağı səviyyədədir. Ona görə də hesab edirəm ki, Azərbaycan bütün aspektlərdən beynəlxalq səviyyədə tanınmağa layiq ölkədir. Ümid edirəm ki, bizim indi başladığımız təşəbbüs həm ölkənizə, həm də AŞPA rəhbərliyinə bütün tərəflər üçün müsbət nəticəyə gətirib çıxarmağa, ümumi təmas və dialoq nöqtələrini tapmağa kömək edəcək”. 

İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edirəm

Azərbaycanda növbədənkənar prezident seçkilərinin nəticələrinə dair sualı cavablandıran fraksiya rəhbəri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. “Mən cənab Əliyevi şəxsən tanıyıram. Mən də prezidentimizin təbrikinə Ukrayna xalqı adından qoşuluram, Azərbaycan xalqı bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır, ona görə də mən Prezidentinizə, ölkənizə səmimi-qəlbdən cansağlığı, firavanlıq arzulayıram. Əlbəttə ki, bütün azərbaycanlılar xoşbəxtdirlər. Sizin böyük tarixi Qələbəniz var. Siz ərazi bütövlüyünüzün bərpası ilə bağlı ilk nəticələri əldə edəndə mən elə orada idim, mindiyim taksinin sürücüsü ilə söhbət edəndə o dedi ki, bu hadisə əsrlər boyu yaddan çıxmayacaq. Bütün təbriklərə qoşuluram”, - deyə David Araxamiya bildirib. 

Azərbaycan müharibə zamanı Ukraynaya ən operativ yardım göndərən ölkədir

Azərbaycanın Ukraynaya müharibə dövründə humanitar yardımlarını yüksək qiymətləndirən həmsöhbətim bildirib ki, müharibə zamanı Azərbaycan Ukraynanın dost dövlətləri arasında ən tez reaksiya verənlərdən biri oldu. Bizdə terror aktı ilə bağlı vəziyyət yarananda, Avropanın ən böyük su elektrik stansiyası partladıldı, sözün əsl mənasında, bütün şəhərlər su altında qaldı. Mən o zaman sizin ölkə rəhbərliyinə zəng etdim və 24 saat ərzində ilk təyyarə yükləndi və ünvana çatdı. Daha sonra bir neçə təyyarə göndərildi. Həmin vaxt bu, bizim üçün çox vacib idi. Təbii ki, daha böyük həcmdə yardımlar edən ölkələr var, amma burada önəmli olan Azərbaycanın həmişə göstərdiyi operativlik, səmimiyyət və mehribanlıqdır. Ona görə də biz vaxtında göstərdiyi köməyə və bizə dost münasibətinə görə Azərbaycana minnətdarıq və həmişə minnətdar olacağıq”, - deyə fraksiya rəhbəri qeyd edib. 

Müharibə ilə bağlı vəziyyətimiz təəssüf ki, sadə deyil

 David Araxamiya Ukrayna-Rusiya müharibəsinin gələcək vəziyyəti ilə bağlı danışarkən bildirib ki, müharibənin gedişi bu gün müsbət, sabah mənfi ola, onun dinamikası dəyişə bilər: “Təəssüf ki, indi vəziyyətimiz sadə deyil, çünki beynəlxalq yardımlarla bağlı məsələlər var, bu, ABŞ-da daxili siyasət mövzusuna çevrilib. Amma buna baxmayaraq, bizim çox müsbət proqnozlarımız var. Biz inanırıq və rəqəmlərdən də görürük ki, Ukrayna və Rusiyanın itkiləri təxminən 1-in 3-ə və ya 1-in 4-ə nisbətində Ukraynanın xeyrinədir və biz indi daha çox müdafiə əməliyyatındayıq. Həmişə olduğu kimi, ordu və müharibə qanunları deyir ki, özünü müdafiə edənlər daha az itki verir və düşmənə daha çox zərbə vurur. Bu gün müharibə strategiyası dəyişir. Bütün dünya, bütün analitiklər döyüş meydanında baş verənləri təhlil edirlər. Çünki hamı artıq başa düşür ki, ənənəvi məhvetmə üsulları - artilleriya, zirehli texnika, praktiki olaraq lazım deyil, çünki pilotsuz uçuş aparatları onları məhv edir, dronların müharibəsi gedir. Yəni, NATO-nun analitik qeydlərində gələcəkdə müharibələrin necə olacağı ilə bağlı oxuduqlarımı, təəssüf ki, bu gün artıq qismən ölkəmdə döyüş meydanında görürük. Əlbəttə, hamımız sülh istəyirik, amma təbii ki, sülhü başqa şərtlərlə deyil, bizim üçün əlverişli şərtlərlə istəyirik. Başa düşürük ki, biz heç kimə hücum etməmişik. Bizə qarşı təcavüz edilib. Buna görə də bu gün bütün dünya bu prizmadan baxır, təbliğat hər şeyi nə qədər dəyişməyə çalışsa da, hamı nə baş verdiyini anlayır. Biz sakit yaşayırdıq və gözəl bir gündə bizə hücum etdilər. Amma biz özümüzü müdafiə edəcəyik. Dövlət, hakimiyyət, Ukrayna xalqı özünü müdafiə etməyə hazırdır. Tərəfdaşlarımız, müttəfiqlərimiz, dostlarımız hər zaman bizə kömək etməyə hazırdırlar”, - deyə David Araxamiya bildirib.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031