KÖHNƏ VERSİYA            

Paşinyanı tənqid edən jurnalistə basqılar başladı...

Image

Xəyal Bəşirov: “Bununla da cəmiyyətə və mətbuata mesaj ötürür ki, mənə qarşı çıxan hər kəsin müqəddəratı bu şəkildə olacaq” 

Paşinyanı tənqidinə görə Ermənistan İctimai Radiosunun rəhbəri barəsində tədbir görülür. Bu barədə Azadlıq radiosu məlumat yayıb. Ermənistanın İctimai Radiosuna nəzarət edən dövlət qurumu radionun icraçı direktoru Qaregin Xumaryana qarşı intizam tədbirinin görülməsinə başlayıb.

Azadlıq Radiosunun Erməni xidməti - Azatutyun yazır ki, Xumaryan baş nazir Nikol Paşinyanın Azərbaycanla bağlı bəyanatlarını tənqid etmişdi.

Bəzi məlumatlara görə, Paşinyanın bu radioya əvvəlcədən yazılmış müsahibəsi fevralın 1-də efirə verilmişdi.

Bu müsahibədə Paşinyan Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsini tənqid etmişdi.

Baş nazir bildirmişdi ki, bu bəyannaməyə istinad Konstitusiyanın preambula hissəsində qaldıqca Ermənistanın Azərbaycanla “heç vaxt sülhü olmayacaq”.

Beləliklə də Paşinyan konstitusiyanın dəyişdirilməsi planlarını müdafiə etmişdi.

Xumaryan Paşinyanın bu bəyanatlarını tənqid edən məqaləsini radionun internet saytında dərc edib. O iddia edib ki, baş nazir “bizim siyasi kimliyimizin sütunlarından birini” məhv etmək və “bizi - biz olmaqdan məhrum etmək” niyyətindədir:

“Bizə deyirlər ki, azərbaycanlılar güclüdür və ermənilər zəifdir. Azərbaycanlılar erməniləri qətliam edirlər. Bu sillogizm belə bir deduktiv qənaətlə yekunlaşmalıydı: “Gəlin daha güclü olaq”. Amma bunun əvəzində bizə deyirlər ki, “erməni olmağınızı dayandırın”.

O, baş naziri 2020-ci il Qarabağ müharibəsindən bəri Ermənistan ordusunu yenidən qurmamaqda ittiham edib.

Ermənistanın İctimai Yayım Şurası fevralın 6-da gecə Xumaryanı İctimai Radionun rəsmi saytında şəxsi fikirlərini ifadə etməsinə görə tənqid edib. Şura bildirib ki, İctimai Radio direktorunun hərəkətlərinin etik və hüquqi normalara uyğunluğu araşdırılacaq.

Sözügedən şuranın 7 üzvünün hamısı Paşinyan tərəfindən təyin olunub.

Xumaryan israr edib ki, şuranın bəyanatı ilə razı deyil və “peşə vəzifəsini” yerinə yetirərək Ermənistanın “həyati” problemləri barədə şərh yazıb və bunlar “siyasətin fövqündədir”.

Paşinyanı tənqid edən jurnalistə qarşı tədbir görülür, o, hakimiyyət qurumları tərəfindən basqıya məruz qalır, yazdığına, fikirlərinə görə divara qısnanıb. Maraqlıdır ki, Qərbin “söz azadlığını müdafiə edən” təşkilatlarının birinin də səsi çıxmır. 

Amma Azərbaycanda buna bənzər kiçik bir problem baş versəydi həmin təşkilatlar Azərbaycana hücuma keçər, bəyanat-bəyanat dalınca verilərdi.  

“Paşiniynı tənqid etdiyinə görə İctimai Radionun icraçı direktoru Qaregin Xumaryana qarşı basqıların olması onun necə “demokratik lider” olduğunun növbəti göstəricisidir” 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Bakı-Xəbər”ə bildirdi ki, bu bəlli prosesin davamıdır: “Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən indiyə qədər ona əks mövqedə dayananlara, həm siyasi müxalifətdə olanlara, həm mətbuata, həm də ictimaiyyət nümayəndələrinə qarşı sərt addımlar atır. Onu tənqid edənlərə qarşı inzibati resurslardan istifadə edir, həmin şəxsləri bu və digər formada zərərsizləşdirir. Biz bunu keçmiş cinayətkar ünsürlərə, revanşist qüvvələrə qarşı davranışlarda, etiraz mitinqlərində iştirak edənlərə qarşı atılan addımların timsalında görmüşük. Məsələn, Robert Köçəryana, onun oğluna, eləcə də Paşinyan hakimiyyətinə müxalif olan digər qüvvələrə qarşı dəfələrlə belə yanaşmalar olub. Amma hər bir halda, bu proseslə paralel olaraq Paşinyan özü haqda “demokratik lider”, öz hakimiyyəti haqda “demokratik hakimiyyət” görüntüsü yaratmağa cəhd göstərir. Baxın, bir tərəfdə parlamentdə ona qarşı sərt tənqidlər, hətta onun şəxsiyyətinə qarşı bir sıra tənqidi fikirlər səsləndirilir. Guya Paşinyan da öz hakimiyyətinə qarşı bu cür tənqidi fikirlərin səsləndirilməsini, belə mövqeyin sərgilənməsini “demokratiya” ab-havasının olması ilə əlaqələndirir. Amma biz bu hadisələrdən bir müddət sonra bu və digər formada, mümkün qədər ictimailəşmədən, həmin o şəxslərə qarşı inzibati addımların atıldığının şahidi oluruq. Yəni bu, qərblilər, Nikol Paşinyanı hakimiyyətə gətirənlər tərəfindən onun və hakimiyyətinin “demokratik” olması ilə bağlı görüntünün yaradılmasına hesablanıb. Təbii ki, onların bu istəklərini Paşinyan hələlik  çox böyük “uğurla” davam etdirir”. 

X.Bəşirovun sözlərinə görə, Paşinyan İkinci Qarabağ müharibəsindən bugünə qədər Azərbaycan tərəfinin və Prezident İlham Əliyevin sülh təşəbbüsləri ilə bağlı atdığı addımları öz adına yazmağa, öz imzasına qoşmağa çalışır.

“Amma hər birimiz bilirik ki, proseslərin bu məcraya gəlib çıxmasında Nikol Paşinyanın şəxsən özünün çox böyük rolu var. O, həm İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb olan “Qarabağ Ermənistandır.” sözünü səsləndirib, həm artıq məhv edilən qondarma rejimin cinayətkar ünsürlərinin “seçkilərinin” “inauqurasiya mərasimində” iştirak edib, içkili vəziyyətdə Şuşada yallı gedib, bu da Azərbaycan dövlətinin və Azərbaycan xalqının səbr kasasını daşdıran son damla oldu. İkinci Qarabağ müharibəsindən sonra lokal antiterror tədbirlərinin həyata keçirilməsi məcburiyyətini, zərurətini yaradan onun addımları oldu. Halbuki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə öhdəlik götürsə də, o öhdəliyi yerinə yetirmədi. Buna görə də o proseslər reallaşdı. İndi də sülh prosesinin uzadılması ilə məşğuldur. 

Ermənistan Konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinad edilməsi ilə bağlı məsələdə Azərbaycana qarşı ərazi iddiaları var. O ərazi iddiaları ilə bağlı məqamların konstitusiyadan çıxarılmasını həyata keçirmək əslində Paşinyanın çoxdankı işi idi. Paşinyan ondan əvvəl qəbul edilmiş bu absurd konstitusiyaya, yaxud konstitusiyada nəzərdə tutulmuş bu absurd müddəaya münasibəti indi deyil, çoxdan bildirməli idi. Təbii ki,  Paşinyan “sülh təşəbbüsünü ortaya qoyan”, sanki Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyində olan bir baş nazir görüntüsünü yaratnağa çalışır, amma konstitusiyadakı o müddəa ona mane olur. Bununla Paşinyan bir oxla iki hədəfi vurmağa cəhd göstərir. Hər iki variant - konstitusiyaya dəyişikliyin edilməsi variantı da, konstitusiyaya dəyişiklik edilməməsi variantı da Paşinyanın işinə yarayacaq. Necə? Konstitusiyaya dəyişiklik etmədən Azərbaycanla sülh sazişini imzalaya bilməyəcək. Sözsüz, bunun məsuliyyətini öz üzərindən atmağa, özündən əvvəlkilərin qəbul etdiyi konstitusiya ilə bağlamağa çalışacaq. Əsaslandıracaq ki, konstitusiyada dəyişikliklərin edilməsi mümkün olmadığına, yaxud buna bir sıra qüvvələr mane olduğuna görə Azərbaycanla  sülh sazişi imzalaya bilmir. Əgər konstitusiyada o maddə olacaqsa, o halda  sülh sazişi qüvvədən düşmüş hesab olunur. Digər tərəfdən, əgər konstitusiyaya dəyişikliyə nail olacaqsa bu yolla Paşinyan zərərsizləşdirdiyi sələflərinin bütün iz-tozunu Ermənistan tarixindən silməyə cəhd götərəcək, bunu reallaşdıracaq. Hər  bir halda Paşinyanın düşündüyü Azərbaycanla sülh sazişi imzalamaq, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasına nail olmaq deyil, özünün hakimiyyətini müxtəlif yollarla qoruyub saxlamaq və ömrünü uzatmağa hesablanır. Paşiniynı tənqid etdiyinə görə İctimai Radionun icraçı direktoru Qaregin Xumaryana qarşı basqıların olması onun necə “demokratik lider” olduğunun növbəti göstəricisidir. Baş naziri kim tənqid edirsə, müəyyən bir vaxtdan sonra hansısa formada cəzalandırılır. Əvvəl tənqidə şərait yaradır, sonra isə tənqid edənin başına oyunlar açır. Bununla da cəmiyyətə və mətbuata mesaj ötürür ki, mənə qarşı çıxan hər kəsin müqəddəratı bu şəkildə olacaq. Qərbin bunu görməzdən gəlməsi də gözlənilməz deyildi və bu hər dəfə belə olur. 

Eyni zamanda erməni tarixindən Ermənistan tarixinə keçid məsələsi də ortaya atılıb. Baş nazir bununla yeni Ermənistan qurmaq  və bunu da gələcəkdə öz adı ilə bağlamaq niyyətini ortaya qoyur. Onun bu addımı ondan xəbər verir ki, əslində Robert Köçəryan, Serjik Sarkisyan hakimiyyətdə olarkən Ermənistan hakimiyyəti olmayıb, sadəcə ermənilər adlı bir toplum olub, o şəxslər də o topluma rəhbərlik ediblər. Amma Ermənistan dövlətinin yaradılmasını o öz adı ilə bağlamağa cəhd edir. Bütün bu proseslər də ona hesablanıb”-deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031