Bakıda ofisin seyfindən 14800 manat oğurlayan yeniyetmə tutuldu
Bakıda ofisin seyfindən 14800 manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14800 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD