ABŞ daha 4 Rusiya şirkətini "qara siyahıya" saldı
ABŞ Maliyyə Nazirliyi Rusiyanın neft qiymətlərinin yuxarı həddi məhdudiyyətlərini pozduğu iddiası ilə Birləşmiş Ərəb Əmirlikləri və Liberiyadan olan dörd şirkətə qarşı sanksiya tətbiq edib.
Qurumun saytında dərc olunmuş məlumatda deyilir ki, sözügedən BƏƏ-də yerləşən şirkətlər “Zeenit Supply and Trading Dmcc”, “Talassa Shipping DMCC”, “Oil Tankers SCF Mgmt FZCO”, Qabon bayrağı altında üzən “NS Leader” tankerini və Liberiyada qeydiyyatdan keçmiş “NS Leader Shipping” şirkətləridir. Vaşinqtonun fikrincə, bu təşkilatlar və gəmi qiymət həddini pozmaq sxeminə cəlb edilib.
Mətləb