Dövlətlərarası Aviasiya Şurasının prezidenti Prezident İlham Əliyevi təbrik edib
Dövlətlərarası Aviasiya Şurasının prezidenti Tatyana Anodina Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu qələbə cəmiyyətin sıx birliyinin və Azərbaycan xalqı arasında Sizin çox yüksək nüfuzunuzun parlaq sübutudur. Bu nəticə Sizin liderliyinizə Azərbaycan xalqının hüdudsuz etimadının sübutudur, əsası dahi Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin davam etdirdiyiniz siyasi kurs sayəsində bir çox sahələrdə, eləcə də regional və beynəlxalq müstəvidə əldə etdiyiniz heyrətamiz uğurlara verilən qiymətdir.
Mən Sizin qətiyyətinizə, yüksək siyasi mədəniyyətinizə və xalqınızın səsini eşitmək bacarığınıza həmişə heyran olmuşam. Bu liderlik keyfiyyətləri nəticəsində güclü, müstəqil, rəyi ilə bütün dünyada hesablaşılan dövlət qurulub, mənim sevimli Azərbaycanımın ərazi bütövlüyü bərpa edilib, Sizin ölkənizdə bütün sahələrdə genişmiqyaslı islahatlar və quruculuq işləri aparılır.
Əziz İlham Heydər oğlu, Sizə bütün təşəbbüslərinizin reallaşmasında yeni böyük uğurlar, rifah və firavanlıq arzulayıram.
Əminəm ki, Sizin və mənim sevimli Azərbaycanımın başı üzərində səma hər zaman dinc və aydın olacaq.
Ən yüksək ehtiramımı qəbul edin".