KÖHNƏ VERSİYA            

7 fevral seçkisi dünya mediasında da unikal rəylər aldı...

Image

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinə dünya miqyasında da böyük diqqət qeydə alındı. Proses bir çox ölkələrin media vasitələri tərəfindən geniş işıqlandırıldı. 

Bu xüsusda Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır ki, növbədənkənar prezident seçkiləri hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb.

Qeyd olunur ki, Azərbaycan seçiciləri Qarabağa görə İlham Əliyevə yüksək faizlə təşəkkür ediblər: “Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92 %-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş prezidentə səs verib”. Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduğunu qeyd ediblər: “7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində işğaldan azad olunan Qarabağda keçirilib. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib”. Nəşr onu da vurğulayır ki, prezident seçkilərində digər namizədlər olsa da, favorit öncədən bəlli idi: “Seçki kampaniyası 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi”. Digər Rusiya nəşri “Moskovski Komsomolets” qəzeti də məsələyə geniş rakursdan nəzər salıb: “Azərbaycanda ölkə üçün əlamətdar hadisəyə çevrilən növbədənkənar prezident seçkiləri başa çatıb. Proses beynəlxalq müşahidəçilərin və jurnalistlərin çoxluğu, vətəndaşların yüksək fəallığı ilə müşayiət olunub. Həm də tarixi əhəmiyyətinə görə, bu, ölkənin ərazi bütövlüyünün bərpasından sonra keçirilən ilk seçkilər idi. Azərbaycanda keçirilən seçkilər həm seçici fəallığının 70 faizi ötməsinə, həm də səs verə biləcək insanların sayına görə rekord qırdı. Seçici siyahısında olan 6 milyon 478 min 623 nəfər üçün ölkə üzrə 6537 seçki məntəqəsi təşkil edilib”.

Nəşr yazır ki, prezident seçkiləri 2025-ci ilin aprelində keçirilməli olsa da, vaxtından əvvəl baş tutub: “Hələ prezident İlham Əliyev bir qədər əvvəl Azərbaycan televiziya kanallarının nümayəndələri ilə söhbətində bunun üç səbəbi olduğunu açıqlamışdı. Birincisi, seçkilər Azərbaycanın suverenliyinin bərpası və ölkənin həyatında yeni mərhələnin başlanması ilə bağlıdır. İkincisi, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində səsvermə keçirildi. Üçüncüsü, 2023-cü ildə İlham Əliyevin özünün prezidentliyinin 20 illik mərhələsi başa çatdı... Seçki günü Azərbaycanın paytaxtında xüsusi təntənə ab-havası hiss olunub. Bakı sakinləri əvvəlcədən eyvanlarına və evlərinin damına ölkə bayraqları asıblar. Bu vətənpərvər fləşmobda nə qədər insanın iştirak etdiyini sezməmək çətin idi. Azərbaycan və Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov “Moskovski komsomolets”ə deyib ki, bu, insanların vətəndaş mövqeyidir: “Biz bunu İkinci Qarabağ müharibəsi zamanı da müşahidə etmişik, indi də müşahidə olunur. Bayraq bizdə dərin ehtiram doğurur. Seçkilərə gəlincə, bu proses ölkənin ərazi bütövlüyü bərpa olunandan sonra baş tutur. 30 ildir bu anı gözləyirik. Və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində seçkilər keçirildi. Bu həm konstitusiyon, həm də siyasi-hüquqi baxımdan çox vacibdir”. Nəşr qeyd edir ki, seçkilər ərəfəsində Azərbaycana dünyanın hər yerindən çoxlu xarici qonaqlar gəldi. 90 mindən çox yerli müşahidəçi və 800-ə yaxın beynəlxalq müşahidəçi prosesi izləyib. Və təbii ki, nəinki müşahidəçilərin, eləcə də ölkələrinin gələcəyini müəyyən edən azərbaycanlıların özlərinin fəallığı çox güclü idi. Hətta bu istirahət günündə işləyən, hərbi xidmət keçən və xaricdə olanlar üçün də səsvermə üçün şərait yaradılıb. Eyni zamanda, bütün seçki məntəqələrində təkrar səsvermədən maraqlı müdafiə sistemi qurulub. Səs verən şəxsin barmağına silinə bilməyən və adi gözlə görünməyən xüsusi maye çəkilir. Saytda qeydiyyat zamanı şəxs ultrasəs skanerindən istifadə edərək yoxlanılır, bu maye aşkarlanır, onun əvvəllər qeydiyyatda olub-olmaması müəyyən edilir: “Seçkinin favoriti sayılan və namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən hazırkı dövlət başçısı İlham Əliyevi qeyd etmək yerinə düşərdi. O, ailəsi ilə birlikdə Xankəndi şəhərinə gedib və orada 122 saylı seçki dairəsinin 14 saylı məntəqəsində səs verib. Bu qərar çox simvolikdir. Ötən ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndində qaldırıb. Bu, Bakının regiona nəzarətinin tam bərpasının simvolu idi”. Azərbaycanda seçkiləri müşahidə edən İqor Korotçenko isə nəticəni təbii sayır: “Şəxsiyyətin tarixdə rolu – bu, məhz İlham Heydər oğlu Əliyevi aiddir! İlham Əliyevin Rusiyanın böyük dostu olması vacibdir, onun prezident Vladimir Putinlə ən mehriban və səmimi münasibətləri var. Azərbaycan Rusiya Federasiyasının etibarlı strateji müttəfiqi və ticarət-iqtisadi tərəfdaşıdır. Onu Azərbaycanda keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edirik!”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031