KÖHNƏ VERSİYA            

Beynəlxalq müşahidəçilər seçkiyə kölgə salanları alt-üst etdi...

Image

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin yüksək səviyyədə təşkili ölkəmizzə qarşı olan qüvvələri məyus edib. Belə qüvvələrin mövqeyinə nəzər saldıqda onların seçkilərlə bağlı hansısa fakta söykənən iradlarını bildirməyə çalışdıqları müşahidə edilir. Əslində, bunlar da irad deyil, sadəcə böhtanlardır.

Anti-Azərbaycan qüvvələrin təsir dairəsində olan media vasitələri seçkilərdə pozuntuların olduğunu iddia etsələr də, bu xüsusda hansısa konkret fakt göstərə bilmirlər. Amma seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçilərin mövqeyi tamam fərqli mənzərəni üzə çıxarır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyasının üzvü, Gürcüstan parlamentinin üzvü Ramaz Nikolaişvili seçkilərlə bağlı monitorinqin yekunlarına dair qeyd edir: “Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri çox yüksək səviyyədə təşkil olunub, bu uğur münasibətilə ölkə hökumətini təbrik edirik. Biz təkcə Azərbaycanda deyil, digər ölkələrdə də bir çox seçkilərin monitorinqini aparmışıq. Qeyd etmək istərdim ki, Azərbaycanda seçkilər texniki baxımdan ən uğurlu təşkil olunmuş seçkilərdən biri idi. Hər bir seçki məntəqəsində buna əmin olduq”. Ramaz Nikolaişvili prezident İlham Əliyevi regionun lideri olaraq gördüyünü açıqlayıb: “İstərdim ki, Azərbaycan xalqı onun etdiklərini yüksək səviyyədə dəyərləndirsin. İstərdim, bizim ölkəmizdə də belə lider olsun. Hətta deyim ki, imkanım olsaydı, səsimi ona verərdim”. GUAM-ın baş katibi Altay Əfəndiyev seçki barədə qeyd edir: “Seçkilər milli qanunvericiliyə uyğun həyata keçirilib, MSK seçki prosesini düzgün qurub, seçki tam şəffaf formada baş tutub. Seçicilərlə bağlı isə onu deyim ki, səsvermə prosesi azad seçki hüququna əsaslanan formada həyata keçirilib. Ümumilikdə, bizim qrup tərəfindən hər hansısa bir qanun pozuntusu və şikayət qeydə alınmayıb”.

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə edən Gürcüstan nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spikeri Arçil Talakvadzenin də mövqeyi çox maraqlıdır: “İlkin müşahidələrimiz odur ki, seçicilərin iştirakı, fəallığı yüksək idi, səsvermə prosesinin bütün detallarına, qaydalarına əməl olundu. Səsvermə mühiti, məntəqələrdəki ab-hava çox sakit, mülayim idi. Biz beynəlxalq müşahidəçilərin səsvermə məntəqələrinə getdiyini, medianın fəal iştirakını qeydə aldıq”. O qeyd edib ki, media işçilərinin seçki məntəqələrinə çıxışı təmin olunub: “Yekun olaraq deyə bilərik ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub. Seçici fəallığı yüksək idi, mühit sakit idi, səsvermə qaydalarına əməl olunub, seçicilər seçki hüququndan bəhrələnib. Bu, Azərbaycan seçkiləri tarixində əlamətdar seçkidir. Bunu vətəndaşlar da bildirib, onlar deyib ki, tarixi seçkini yaşayırlar. Vətəndaşlar ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra bütün ölkə ərazisində seçki hüquqlarından bəhrələniblər. Gürcüstan Azərbaycanın demokratik gələcəyini və dayanıqlı sülhü dəstəkləyir. Bu istiqamətdə biz Gürcüstan olaraq Azərbaycanla əməkdaşlığımıza hazırıq”. Beynəlxalq Parlamentarilər Konqresinin üzvü Soro Fobeh isə bildirir: “Müşahidə apardığımız bütün seçki məntəqələrində bizi çox yaxşı münasibətlə qarşıladılar və ünvanladığımız bütün suallara dolğun cavab verdilər. Seçki məntəqələrində beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün rahat şərait yaradılıb. Bizi burada qonaqpərvərliklə qarşıladılar. Bu, çox müsbət haldır və bunu dünyanın hər yerində görmək mümkün deyil. Həmçinin xüsusilə qeyd etmək istəyirəm ki, seçicilər nizam-intizamla, qaydalara riayət edərək səsvermədə iştirak etdilər“. Beynəlxalq Parlamentarilər Konqresinin daha bir beynəlxalq müşahidəçisi Barri Asmaou bildirib ki, səsvermə zamanı konfliktə rast gəlməyiblər: "Seçkilərdə çox yüksək səviyyədə ictimai iştirakçılıq müşahidə etdik. Məntəqələrdə seçicilərin aktivliyini gördük”. O, seçkilərdə əhalinin inklüziv təbəqəsinin iştirakının xüsusilə nəzərə alındığını deyib: "Səsvermə üçün məntəqəyə yaxınlaşa bilməyən fiziki məhdudiyyətli və yaşlı əhali üçün kiçik qutuların olduğunu, nümayəndələr tərəfindən həmin qutuların evlərə daşındığını müşahidə etdim. Bununla yanaşı, yaşlı insanların məntəqələrə də yaxınlaşaraq səs verdiklərini gördük. Gənclərin məntəqələrə gələrək vətənpərvərlik hissələrini səsvermədə iştirakla ifadə etmələri, eyni zamanda, azyaşlıların valideynlərini müşayiət edərək məntəqələrə gəlməsi də diqqətimi çəkən məqamlardan oldu“. Ümumiyyətlə, müşahidəçilərin az qala hamısı eyni mövqedədir. MDB baş katibi Sergey Lebedev bu fonda dünyada da Azərbaycandakı seçkilərə layiqli qiymət verilməsinin vacibliyini bildirir. Bakıda bir sıra seçki məntəqələrində olan Lebedev deyib ki, səsvermə insanların böyük fəallığı ilə keçirilib: “Seçkilərdən əvvəl çox böyük hazırlıq işləri aparılıb. Son iki ayda MSK və dairə seçki komissiyaları həm Bakıda, həm də regionlarda prosesin bütün iştirakçıları üçün treninqlər təşkil ediblər. İnsanlara seçicilərlə necə davranmaq, səsvermənin gedişini necə izləmək öyrədilib. Bu iş hədər getmədi, bunu bütün seçki məntəqələrində aydın şəkildə təşkil olunmuş səsvermə sübut edir. Qərb müşahidəçilərinin bir neçə il əvvəl verdiyi tövsiyələrə görə, bir çox seçki məntəqələrində videomüşahidə sistemləri quraşdırılıb, üstəlik, girişdə seçicilər “görünməz mürəkkəblə” qeydə alınır. Bu, bəzi şəxslərin yenidən səs verməsinin qarşısını almağa kömək edir. Biz hələ ölkəyə gəlməmişdən Azərbaycan Respublikasının seçki qanunvericiliyini təhlil etməyə başlamışıq və Azərbaycanın Seçki Məcəlləsinə bəzi müsbət dəyişikliklərin edildiyini görmüşük. Biz namizədlərin irəli sürülməsi, onların qeydə alınması prosesini təhlil etdik və seçkilərin müsabiqə əsasında, yeddi namizədin iştirak etdiyi faktını qeydə aldıq. Namizədlərin tərcümeyi-hallarının təhlili göstərir ki, bunlar hamısı sanballı, bir-iki ali təhsilli, müəyyən təcrübəyə malik insanlardır ki, bu da seçki kampaniyasında iştirak etmək üçün mühüm əhəmiyyət kəsb edir”. MDB Baş katibinin sözlərinə görə, bütün namizədlərə bərabər imkanlar verilib: “ATƏT, ŞƏT, TDT-dən xeyli sayda beynəlxalq müşahidəçinin gəlməsi onu göstərir ki, Azərbaycanda seçkilərə çox böyük maraq var. Biz həqiqətən ümid edirik ki, təkcə MDB ölkələrindən olan müşahidəçilər deyil, digərləri də Azərbaycanda keçirilən seçkilərə obyektiv qiymət verəcəklər”. Bütün bunlar seçkilərə xələl gətirmək istəyənlərin mövqeyini alt-üst edir.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031