KÖHNƏ VERSİYA            

Əliyev dedi, Paşinyan etiraf etdi - "Bu bəyannamə ilə sülhə getmək olmaz"...

Image

Elnur Kəlbizadə: “Paşinyan başa düşür ki, daşnakların təfəkkürünə uyub tarixi ədalət arayışlarının dərinləşdirilməsi ermənilərə baha başa gələ bilər” 

Ermənistanın Müstəqillik bəyannaməsi sülhün qarşısında böyük əngəl kimi dayanıb. Azərbaycan Prezidenti İlham Əliyev bu bəyannamənin sülhə mane olduğunu bəyan etdikdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanyan da bunu etiraf edir ki, Ermənistan müstəqillik bəyannaməsini rəhbər tutsa, sülh mümkün deyil. 

N.Paşinyan Ermənistan parlamentində “Biz dövlətimizin təməlində tarixi ədalət axtarışını qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq, çünki Ermənistanın müxtəlif siyasi qüvvələri və qrupları, ideologiyaları “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər” - deyə bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, bu dövrdə mühüm vəzifə özünü dərk etmək olmalıdır.

“Müstəqilliyimizin ilk illərindən, sonrakı inkişaflardan başlayaraq, faciəvi şəraitə görə indi əldə etdiyimiz nəhəng məlumatları emal etməli və dərk etməliyik. Mən bu barədə 2020, 2021, 2022-ci illərdə danışmışam. Məqsəd odur ki, dövlətimizin məzmununda olan daxili ziddiyyətləri ortaya çxarmalı, onlarla üz-üzə gəlməli və bunun nə demək olduğunu anlamalıyıq. Qeyd edək ki, siyasi mətnlərin icrası, nəticəsi var. Həmin bəyannamənin preambulasına üç əsas istiqamət qoyulub, bunlardan biri erməni xalqının istəkləri, tarixi ədalət və ikincisi, Qarabağ məsələsidir. Tarixi ədalət nədir? Üstəlik, tarixi ədalətin müxtəlif yozumları ola bilər və problem də buradadır”, - deyə Paşinyan qeyd edib. “Ermənistan müstəqillik bəyannaməsini rəhbər tutsa, sülh mümkün deyil” - deyən Paşinyan bildirib ki, Ermənistanın xarici və daxili əlaqələri dəyişib, fərqli mühit formalaşıb. “Gizli siyirmədə yazılmış konstitusiya yoxdur, biz onu hamıdan gizlədirik və başqa qapıdan keçirmək istəyirik. Problemi konseptual səviyyədə formalaşdırıram. Qalanı isə əlavə müzakirə mövzusudur”, - deyə Paşinyan qeyd edib.

Ermənistan Baş naziri deyib ki, dünyada artıq Ermənistanın hazırkı konstitusiyası qəbul edilən zaman olan şəkildə heç nə qalmayıb:”Bəziləri belə bir tezis irəli sürür ki, konstitusiyaya dəyişiklik Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün edilir. Belə problemlər olsa belə, bunlar artıq həll olunub. Nəhayət, sülh müqaviləsinin mətnində razılaşdırılmış bir maddə var ki, tərəflər bu müqavilədən irəli gələn hər hansı öhdəliklərdən yayınmaq üçün öz qanunlarına istinad edə bilməzlər”.

“Azərbaycan Prezidentinin dediklərini qəbul etməyəndə nə ola biləcəyini ən yaxşı Nikol Paşinyan bilir” 

Paşinyanın bəyanatına şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə “Bakı-Xəbər”ə “Əslində Ermənistanda “erməni millətçiliyi” oyunu oynayanlar, ölkənin müstəqillik bəyannaməsinə və konstitusiyasına əsassız iddiaları salanların özləri də bilirlər ki, istədikləri şey tarixi ədalətin bərpası deyil. Tarixi ədalətin bərpası İrəvanın Azərbaycana qaytarılması deməkdir, tarixi ədalətin bərpası müxtəlif dövrlərdə müxtəlif ölkələrdən tarixi Azərbaycan torpaqlarına köçürülərək məskunlaşdırılan ermənilərin nəsillərinin yenidən həmin ölkələrə qaytarılmasından keçə bilər. Paşinyan başa düşür ki, daşnakların təfəkkürünə uyub tarixi ədalət arayışlarının dərinləşdirilməsi ermənilərə baha başa gələ bilər” - deyə bildirdi. 

E.Kəlbizadə qeyd etdi ki, Ermənistan dalana dirənib, işğalçılıq siyasəti, əsassız iddialar şərq və qərb qonşuları - Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlanmasına, iqtisadi əlaqələrin kəsilməsinə gətirib çıxarıb. “Ermənistan sanksiyalar altında olan İrana, iqtisadi böhrandan Azərbaycan və Türkiyə  ilə əməkdaşlıq edərək xilas olmuş Gürcüstana möhtac olub. Ermənistanın və onun havadarlarının bütün xülyalarına rəğmən Azərbaycan güclənib, beynəlxalq hüquqa uyğun ədaləti bərpa edib. “Dəmir yumruq”la beynəlxalq hüquqi ədalətin bərpası, tarixi ədalətin bərpası məsələsi gündəmə gəlməmiş bəzi erməniləri ayılmağa vadar edib. Nikol Paşinyan yaxşı bilir ki, İlham Əliyevin simasında Azərbaycan dövləti nəyi deyirsə onu da edir. Azərbaycan Prezidentinin dediklərini qəbul etməyəndə nə ola biləcəyini ən yaxşı Nikol Paşinyan bilir. Amma Ermənistan bəyanatlar kimi, fəaliyyətlərdə də, praktikada da səmimi olmalıdır. Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən Azərbaycana ərazi iddiaları irəli sürən təşkilatları maliyyələşdirməməli, onların fəaliyyətinə gizli və açıq dəstək verməməlidir. Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən “Gardaman-Şervan-Naxçıvan”, “Arsax” kimi sarsaq layihələri dəstəkləmək, Vardan Voskanyan kimi şoumen-aktyorların iştirakı ilə “Vətən haradır” klipi çəkmək lazım deyil. Əgər Ermənistan hökuməti bu cür layihələrdə iştirak edənlərə yer tapmırsa onları İrəvandakı Myasnikyan xiyabanı 20 ünvanına, ya da Aqatanqeqosi 1 ünvanına göndərsin. Orada onlar özlərini daha yaxşı ifadə edə bilərlər” - alim bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031