KÖHNƏ VERSİYA            

Şadlıq saraylarının özbaşınalıqları tək bununla bitmir ki... sahə başlı-başına buraxılıb...

Image

Azərbaycan toyları öz dəbdəbəsi, zəngin süfrəsi ilə seçilir. Əfsuslar olsun ki, Azərbaycanda "yaxşı toy" düşüncəsi bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir. 

Həmçinin toylarda süfrədə olan israfçılıq insanlara mənfi təsir göstərir, yüksək səs akustikası isə qonaqların el şənliyindən zövq almasına imkan vermir. Lakin problem tək israfçılıq, yüksək səs akustikası ilə bitmir. Məlumdur ki, bu gün toylarda müxtəlif tərtibatda şoular təşkil olunur. Rəqqaslar plovu zala üzəri yanan maddə ilə gətirir. Həmçinin, toylarda alovlu şoular təşkil olunur. Ancaq bu tip şoular təşkil olunan zaman heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Qeyd edək ki, bu günlərdə Bakıda toyda gözlənilməz hadisə baş verib. Görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqaslardan birinin geyimi yanıb. Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. 

Onu da bildirək ki, iaşə obyektlərində alovlu şouların təşkil olunması qadağan olunsa da, buna əməl edən yoxdur. Bu səbəbdən də ekspertlər hesab edir ki, toylara xüsusi nəzarət olunmalıdır. 

Ağa Salamov: “Menyularda absurd rəqəmlərə, hətta adambaşına 200-250 manat olan menyulara rast gəlinir” 

Qida texnoloqu Ağa Salamov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, restoranlarda cürbəcür salatlar, qril, balıq və müxtəlif ət məhsulları, ardınca çeşid-çeşid kabablar, plov, daha sonra tort, dondurma, çay verilir: “Bir insan nə qədər yemək yeyə bilər? Hesabladıqda adambaşına 2 kiloqramı keçir. Bir insan bu qədər yesə belə, zaldakı səs və spirtli içki nəzərə alınmalıdır. Bütün bunlar ürək-damar sisteminə ciddi təsir göstərir. Toydan sonra infarkt olanların sayı da az deyil.

Həmçinin, menyularda absurd rəqəmlərə, hətta adambaşına 200-250 manat olan menyulara rast gəlinir. Bu da pul, qida və əmək israfçılığına səbəb olur. Deyə bilərlər ki, aşpaz pul müqabilində işləyir. Lakin onun çəkdiyi zəhmət, istifadə olunan elektrik enerjisi, nəqliyyat xərclərinin hamısı israf olur”.

A.Salamov hesab edir ki, şadlıq evləri tərəfindın  düzgün menyu tərtib edilmir: “Bu problemlərin aradan qalxması üçün qida rasionuna görə menyular tərtib olunmalıdır. Zülal və karbohidratlar nəzərə alınmalıdır. Avropada, qardaş Türkiyədə adi içki, şirniyyat, yaxud barbekü, kanepelərlə toyu yola vermək olur. Bu israfçılıq qarşıda dünyanı qıtlığa sürükləyəcək amillərdən biridir, qlobal bir problemdir”.

Elmar Nurəliyev: “Bu cür obyektlərdə istifadə olunan avadanlıqların hər birinin yanğın təhlükəsi risqi var” 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev  “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu cür obyektlərdə istifadə olunan avadanlıqların hər birinin yanğın təhlükəsi risqi var: “Ümumiyyətlə, bu cür vasitələrdən istifadə edilirsə onun sertifikasiyası olmalıdır. Eyni zamanda, alov şounu təşkil edən şəxsin bu sahəyə dair bilik və bacarığı olmalıdır. Onu da deyim ki, alov şouları yalnız açıq məkanlarda təşkil olunmalıdır. Qapalı məkanda belə bir şou təşkil olunacaqsa mütləq aidiyyəti üzrə qurumların rəyi alınmalıdır”. 

Elçin Bayramlı: “Azərbaycan toyları psixotron, fiziki-bioloji terror yuvasıdır” 

Sosioloq Elçin Bayramlı hesab edir ki, Azərbaycan toyları psixotron, fiziki-bioloji terror yuvasıdır: "Dünyada ən biabırçı toy mərasimi hazırda bizdədir, çünki burada nə milli, nə də bəşəri dəyərlər qalıb. Hər cür israfçılıq, görməmişlik, harınlıq burada birləşir. Toy zalındakı dəhşətli hay-həşir, süfrədə ağla gələn-gəlməyən bütün nemətlərin düzülərək israf olunması və s. Üstəlik, bu cür toylar yeni qurulan ailələrə də zərər vurur. Onların bir çoxu borc-xərcə düşür və toya gələn qonaqlar da Azərbaycan üçün böyük bir məbləğ sayılan pulu itirmiş sayılırlar, çünki o pul həmin ailəyə yox, hansısa biznes sahiblərinə çatır. Belə toyun artıq heç bir müsbət tərəfi yoxdur. Bu problemi artıq maarifləndirmə tədbirləri ilə həll etmək mümkün deyil. Biz bunu artıq 20-30 ildir görürük, ancaq inzibati metodlarla mümkündür ki, bu da insan hüquqları pozuntusu adlanır. Ən azından sadə toy mərasimlərinin keçirilməsi üçün müəyyən bir çərçivə qoyulmalıdır və ən əsası, cəmiyyətə nümunə olacaq şəxslər, yəni intellektuallar, ziyalılar, məmurlar, deputatlar, nazirlər nümunə göstərməlidir. İlk növbədə onlar milli adət-ənənələrimizə əsaslanan sadə və normal toy keçirməlidirlər. Hesab edirəm ki, bu məsələ dövlət səviyyəsində müzakirə olunmalıdır, parlamentdə müəyyən tövsiyələr verilməlidir, bəzi məsələlərdə inzibati qadağa qoyulmalıdır. Məsələn, səs terroruna qadağa qoymaq olar. Mən şəxsən toylara gedəndə zalda otura bilmirəm, çünki orada dəhşətli dərəcədə yüksək desibeldə olan səsdən beyin hüceyrələri məhv olur. Bu artıq dəhşətli bir işgəncədir. Bundan başqa, içəridə böyük fişənglər yandırılır, zəhərli hava salona dolur, içəridəkilər zəhərlənir. İnsanlara təbliğ olunmalıdır ki, gəlin paltarının qiyməti 5000 olmaya da bilər, bunun ailə xoşbəxtliyinə heç bir dəxli yoxdur. Kütlə özbaşına heç vaxt nəyisə düzəltmir. Bir çox ölkələrdə belə dəbdəbəli, təntənəli, milyonların, qızılların göyə səpildiyi toy mərasimləri qadağandır. Xüsusilə də məmurlara, biznesmenlərə dövlət tərəfindən imkan verilmir. Bu kimi məsələlər kompleks şəkildə yuxarı təbəqələrdən gəlməli və aşağılara da qəbul etdirilməlidir. Əks halda bu artıq toy yox, sadəcə görməmişlik yarışıdır".

Eyyub Hüseynov: “İnsanların düşüncəsi dəyişmədikcə şadlıq sarayları da əcaib hərəkətlərini davam etdirəcək” 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov  “Bakı-Xəbər”ə şərhində bildirdi ki, insanların düşüncəsi dəyişmədikcə şadlıq sarayları da əcaib hərəkətlərini davam etdirəcək. İnsanlar şadlıq sarayına növbəyə durduqca onlar öz istədiklərini edəcək: “Ümumiyyətlə, şadlıq saraylarının iş mexanizmi də israfçılığa səbəb olur. Restoranlarda səs tembri, kondisionerin işləməsi, ofisiantların hərəkətləri hamısı ona yönəlib ki, insanlar tez durub getsin. Onlar toy edənin istəklərinin əksinə olaraq, öz hazırladıqları menyu və kalkulyasiya təqdim edirlər. Deyirlər, qəbul edirsən et, etmirsən, etmə. Bunların aradan qaldırılması üçün maarifləndirmə işi aparılmalıdır. İnsanlar açıq hava, palatka toylarına keçməlidir. Belə olduqda biznes üslubu da dəyişəcək”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031