Valeriy Kolyux Qarabağda seçkilərin keçirilməsini Ukrayna üçün təcrübə adlandırdı - bundan istifadə edəcəyik
“Yeddi fevral seçkilərinin əsas xüsusiyyəti azad olunmuş ərazilərdə də keçirilməsi idi. Seçkidə yüksək fəallığı bununla əlaqələndiririk”. Secki-2024.az xəbər verir ki, bunu Azərbaycanda prezident seçkilərinin monitorinqinin nəticələrini açıqlayan Ukrayna parlamentinin nümayəndə heyətinin rəhbəri Valeriy Kolyux deyib.
V.Kolyux qeyd edib ki, Azərbaycanın azad olunmuş Qarabağda keçirdiyi seçkilər Ukrayna üçün təcrübədir:
“Ukrayna da öz torpaqlarını azad etdikdən sonra həmin ərazilərdə keçiriləcək seçkilərdə Azərbaycanın təcrübəsindən istifadə edəcək. Azad olunmuş ərazilərdə keçirilən seçkilərdə əsas xüsusiyyət insanların səsvermə hüququndan qeydiyyatda olduqları yerlərdə istifadə etməsi idi”.
V.Kolyux demokratik seçkilərin keçirilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.