"Qarabağda seçicilər yüksək fəallıq nümayiş etdirdilər" - Belarus parlamentinin üzvü
Fevralın 8-də Belarus parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
Secki-2024.az saytı xəbər verir ki, tədbirdə parlamentin Respublika Şurasının sədr müavini Valeri Belski Qarabağda yerləşən iki seçki məntəqəsində səsvermənin gedişini müşahidə etdiyini bildirib. Deyib ki, həmin məntəqələrdə seçicilər yüksək fəallıq nümayiş etdirdilər.
“Seçkilərin şəffaf keçdiyini müşahidə etdim. İnsanlar xoş məramla, bayram əhvali-ruhiyyəsində prosesə qoşulmuşdular”, - deyə o əlavə edib.