Bəzi "peyğəmbərlər" yenə başlayıblar...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində dünən başa çatan prezident seçkilərindən sonra proqnozlaşdırılan bir sıra iddialar, xüsusilə idarəçilik və kadr sahəsində dəyişikliklərlə əlaqədar irəli sürülən mülahizələr barədə fikirlərini bölüşüb. Politoloq yazır: "İlham Əliyev "o strukturu buna, bunu ona birləşdirəcək", "köklü kadr islahatları aparacaq" və sair. Hələ bəziləri daha da irəli gedir, "bunları edəcək və ya etməlidir" kimi zabitə ilə danışırlar...
Tələsməyin...
Əvvala, bu idarəçilik şəxsən İlham Əliyevin özünün 20 ildən bəri yaratdığı və işlətdiyi sistemdir. Onun güclü və ya zəif( varsa) cəhətlərini hamıdan yaxşı özü bilir. Hansı elementin nəyə xidmət etdiyini o özü yaxşı görür. "Filan kadrı dəyişməlidir, ya filan təşkilatı filan təşkilata birləşdirməlidir "deyərsən, sənə elə bir arqument gətirər ki, onun öz yaratdığı sistemdə hər şeyin yerini dəqiq gördüyünə əmin olarsan və razılaşarsan...
İkinci, hansı " köklü kadr islahatlarından" danışırsız? İş- gücünüz qurtarıb? Son 4- 5 ildə kadr korpusu əsasən yenilənməyib? Müharibəni, Antiterror əməliyyatını və son seçkini bu yeni kadrların təşkilatçılığı ilə udmadı? Daha nələri, kimləri dəyişməkdən söz gedə bilər?
Heydər Əliyevin dövründən bir - iki nəfər çox stajlı dövlət adamları qalıb,deyirsiz onları da çıxardıb dövlət idarəçiliyində vacib olan "nəsil həmrəyliyinin" zəruri bir tərəfini sıradan çıxarsınlar?
Çox stajlı kadrlardan birmənalı qurtulmaq yaxşı şey olsa, amerikanlar hələ də 83 yaşlı qocadan yapışmazlar ki, prezidentimiz olmalısan...
Məncə, çox radikal dəyişikliklərin eşqinə düşüb gözləmədən hər şeyi onun öz ixtiyarına buraxmaq daha məsləhətdir. Axı o özü də təkamülün tərəfdarı, radikallığın əleyhdarı olduğunu 2003- cü ildə baş nazir seçiləndə apaydın demədimi ?!
Sizlərə, bizlərə işlərin sonrasını gözləmək və dövlət siyasətinə dəstək vermək qalır. Bacaran dəstəkləsin, bacarmayan özünə başqa yol seçsin...."
Mətləb