"Seçkilər azad, şəffaf və demokratik mühitdə keçirilib" - MQF müşahidəçilərindən AÇIQLAMA
Dünən keçirilən növbədənkənar Prezident Seçkilərində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) fəaliyyətini davam etdirib. Səhər saatlarından etibarən 40 rayon, 500-ə yaxın məntəqədə 213 nəfər MQF müşahidəçiləri seçkiləri müşahidə etdilər və MQF qərargahına daxil olan məlumatlara əsasən demək olar ki, seçkilər azad, şəffaf və demokratik mühitdə keçirilib.
Müşahidə zamanı seçicilərin yüksək fəallığı, bütün namizədlərə bərabər imkanların yaradılması, şəffaf, ədalətli və demokratik mühitin yaradılması, seçki komissiyalarının işinin qanun çərçivəsində həyata keçirilməsinin, seçicilərin öz səs vermə imkanından istifadə hüququnun təmin olunması, bütün məntəqələrdə QHT və digər müşahidəçilərin olması və s. müşahidələr aparılıb.
MQF Ümumrespublika müşahidəçiləri müşahidə aparan zaman 17 saylı III seçki dairəsinin 36 saylı məntəqəsində seçicilərin böyük sıxlığı, məntəqə seçki komissiyasının işin düzgün qurulmaması, həmçinin bəzi məntəqələrdə müşahidəçilərin təmsil etdiyi təşkilat haqqında məlumatlı olmaması və s. kimi nöqsanlı hallar aşkarlanıb. MQF Seçki müşahidəçilərinin təşəbbüsü ilə dairə seçki komissiyasının sədri məntəqəyə dəvət edilmiş və qeyd olunan nöqsanlar aradan qaldırılmışdır.
Rayonlar üzrə fəaliyyət göstərən MQF müşahidəçiləri ilə seçki başladığı andan mütəmadi əlaqə saxlanmış seçkilərin azad, şəffaf və demokratik mühitdə keçirilməsi haqqında bizə məlumat vermiş və müşahidə zamanı heç bir nöqsanın aşkarlanmadığı bildirmişdir. MQF Seçki müşahidəçiləri və MQF Seçki qərargahı öz fəaliyyətini davam etdirir. Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni MQF müşahidəçilərini göstərdikləri fəaliyyətə görə minnətdarlığını bildirdi və onlara işlərində uğurlar arzu edib.
Mətləb