İtaliya mediası Azərbaycanda keçirilən prezident seçkilərindən yazır
İtaliyanın nüzulu KİV-lərində Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərini geniş işıqlandırıb. “Rai” televiziya kanalı və “La Repubblica” qəzeti, eləcə də “Agenzia Nova”, “Askanews”, “Notizie Tiscali”, “In20righe” kimi mətbuat orqanları gün ərzində seçki prosesi barədə məlumatlar yayımlayıb. Yazılarda seçkilərdə 7 namizədin qeydə alındığı, ölkə ərazisində 6,3 min seçki məntəqəsinin fəaliyyət göstərdiyi və 6,5 milyon nəfərin səsvermə hüququna malik olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərimizdə seçki məntəqələri yaradılıb, 30 illik fasilədən sonra Azərbaycanın bütün ərazisində ilk seçkilər keçirilib. Seçki prosesini 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi və 90 minədək yerli müşahidəçi izləyib.
Məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndi şəhərindəki seçki məntəqəsində səs verdikləri vurğulanır. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra əldə olunan Qələbə və ötən il Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsinin əhəmiyyəti qeyd olunur, qalib xalqımızın qalib liderinə səs verdiyi bildirilir. İlkin nəticələrə görə, dövlətimizin başçısı İlham Əliyevin səslərin 92,1 faizini topladığı və seçkilərdə qalib gəldiyi diqqətə çatdırılır.
Mətləb Salahov