Şuşada atəşfəşanlıq - İnsanlar seçkinin nəticəsini bayram edirlər
Şuşa şəhərində Prezident İlham Əliyevin qələbəsi böyük coşqu ilə qeyd olunur. Trend xəbər verir ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” nəticələri açıqlandıqdan sonra Şuşa şəhərində insanlar Prezident İlham Əliyevin qələbəsini qeyd etməyə davam edir.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.
“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.