KÖHNƏ VERSİYA            

Suveren və bütöv Azərbaycanın ilk Prezidenti O seçildi... - YENİLƏNDİ

Image

Fevralın 7-də Azərbaycanda Prezident seçkilərində səsvermə keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Bu prezident seçkiləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə baş tutub. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi, xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. 

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Prezident seçkilərini QHT-lərdən, vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib. Prosesdə 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi iştirak edir. Məlumata görə, ötən prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb.

Seçkilərlə əlaqədar üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC “exit-poll” keçirib.

İşğaldan azad olunan Xankəndi şəhərində122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. Füzulinin işğaldan azad edilən ərazilərində isə 84 saylı Füzuli seçki dairəsinin 3 yeni məntəqəsi yaradılıb. Məntəqələrdə ümumilikdə 3619 seçici qeydiyyata alınıb. İşğaldan azad olunan Şuşa şəhərində isə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib.  Suqovuşan qəsəbəsində yaradılan 97 sayılı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 58 sayılı seçki məntəqəsində həm Talış kəndinin sakinləri, həm də Suqovuşan qəsəbəsində tikintidə çalışanlar gələrək 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçirilən seçkilərdə səs veriblər.

121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb. Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir. Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. 

Seçkilər gün boyu böyük çoşqu və ruh yüksəkliyi şəraitində yüksək seçici fəallığı ilə diqqət çəkib.

Saat 19.00-da seçki məntəqələrində səsvermə prosesinə yekun vurulub və bülletenlərin sayılmasına başlanıb.

Səsvermə başa çatdıqdan sonra ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı “exit poll”un nəticələrini açıqlayıb. Nəticələri təşkilatın nümayəndələri Vlada Qalan və Corc Brinbaum təqdim edib. Vlada Qalan bildirib ki, keçirilmiş seçkilər tarixi əhəmiyyət daşıyır.

“Oracle Advisory Group” ilk dəfədir ki, Qarabağda və Şərqi Zəngəzurda seçkilərdə iştirak edib”, - o, vurğulayıb.

Qeyd edilib ki, “exit-poll” 40 seçki dairəsi və 500 seçki məntəqəsi üzrə 63 mindən çox seçicinin fikri öyrənilərək keçirilib.

Təşkilatın keçirdiyi “exit-poll”un nəticələri belədir:

İlham Əliyev –    93,9 faiz

Zahid Oruc   –   1,8 faiz

Fazil Mustafa   –  1,5 faiz

Qüdrət Həsənquliyev –  1,2 faiz

Razi Nurullayev   – 0,9 faiz

Elşad Musayev –   0,4 faiz

Fuad Əliyev –   0,3 faiz.

Sosioloji Tədqiqatlar Mərkəzi də “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Exit-poll” nəticələrinə əsasən, namizədlərin topladığı səslərin ardıcıllığı belədir:

1. Prezident İlham Əliyev - 92,4 %

2. Zahid Oruc - 2,2 %

3. Fazil Mustafa - 2 %

4. Qüdrət Həsənquliyev - 1,6 %

5. Razi Nurullayev - 0,6 %

6. Elşad Musayev - 0,8 %

7. Fuad Əliyev - 0,3 %

“Rəy” Monitorinq Mərkəzinin 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində keçirdiyi “exit-poll”un nəticələrinə görə isə seçkilərdə hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,6 faiz səs toplayıb.

Tam sıralama belədir:

İlham Əliyev – 92,6 faiz

Razi Nurullayev - 1,16 faiz

Fuad Əliyev – 0,84 faiz

Fazil Mustafa – 0,58 faiz

Qüdrət Həsənquliyev – 0,46 faiz

Zahid Oruc – 0,37 faiz

Elşad Musayev – 0,11 faiz

Etibarsız bülletenlər – 0,73

“Exit-poll”da iştirakdan imtina – 3,15 faiz.

“Exit-poll” nəticələri açıqlandıqdan sonra Bakıda və ölkənin bir çox şəhər və rayonlarında, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin qələbəsini qeyd edən insanlar Azərbaycan Bayraqları ilə yürüş keçiriblər.

Mərkəzi Seçki Komissiyası Katibliyi seçkilərin saat 19:00-a olan ümumi seçici fəallığının nəticələrini açıqlayıb.

Bildirilib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 76,73 faizdir: “4971032 nəfər səs verib".

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr də məlum olub. Saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 83,36 % olub.

Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80 % olub.

Azad olunmuş ərazilərdə də seçici fəallığı açıqlanıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, azad olunmuş ərazilərdə seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 78,64 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 48,25 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 76,55 faiz, 121 saylı Laçın Seçki Dairəsində 79,7 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 83,28 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 80,57 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 79,58 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 78,86 faiz olub.

MSK növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb:

- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);

- Zahid Oruc - 2,20 faiz; (59719)

- Fazil Mustafa - 1,99 faiz; (53986)

- Qüdrət Həsənquliyev - 1,78 faiz; (48315)

- Razi Nurullayev - 0,79 faiz; (21406)

- Elşad Musayev - 0,66 faiz; (17855)

- Fuad Əliyev - 0,48 faiz; (12981)

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031