“Rəy” Monitorinq Mərkəzi də “exit-poll”un nəticələrini açıqladı - Seçicilərinin 92.6 %-i İlham Əliyevə səs verib
“Rəy” Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb. Secki-2024.az saytı xəbər verir ki, sorğunun nəticəsinə əsasən, seçkilərdə hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,6 faiz səs toplayıb.
Tam sıralama belədir:
İlham Əliyev – 92,6 faiz
Razi Nurullayev - 1,16 faiz
Fuad Əliyev – 0,84 faiz
Fazil Mustafa – 0,58 faiz
Qüdrət Həsənquliyev – 0,46 faiz
Zahid Oruc – 0,37 faiz
Elşad Musayev – 0,11 faiz
Etibarsız bülletenlər – 0,73
“Exit-poll”da iştirakdan imtina – 3,15 faiz.