İlham Əliyevin Xankəndidə səs verməsi erməniləri niyə yandırdı?....
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu gün gerçəkləşdirilən növbədənkənar prezident seçkiləri barədə fikirlərini bölüşüb. A.Quliyev yazır: "Apardığımız media araşdırmalarına görə 2024- cü ilin 7 fevral günündə Ermənistana ən dərin təsir göstərən hadisə Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səs verməsi oldu. İlham Əliyevin seçkinin favoriti olduğunu onlar da çox yaxşı bilirlər.Xüsusilə Azərbaycanın tam suverenliyinin bərpasından sonra Əliyevin daha da populyarlaşdığını diqqətlə izləyirlər. Heç şübhə etmirlər ki, Əliyevin qələbəsi qəti olacaq. Seçkinin nəticəsindən qat -qat çox onları yandıran Əliyevin Bakıda yox, məhz Xankəndidə səs verməsidir. Hiss olunur ki, rəsmən yanıb- yaxılıblar. Xankəndi ifadəsini dillərinə gətirmirlər. Yana- yana "Arsaxın paytaxtı Stepanakert" yazırlar. Guya belə yazmaqla Xankəndi bir anda dönüb separatçılar yuvasının "paytaxtı" olacaqmış.
Dövlət başçısının Xankəndidə səs verməsi erməniləri niyə yandırır?...
Çünki...
1.Dünyaya mesaj verilir ki, " bizim olanı geri aldıq"..
2 .Müsaj verilir ki, Şuşa mədəniyyət paytaxtımız, Xankəndi isə Azərbaycanın " tam süverenlik paytaxtı " olacaq...
3.Mesaj verilir ki, Azərbaycan prezidenti Xankəndinin də , bütün Qarabağ və Şərqi Zəngəzur əhalisinin də prezidenti olacaq..."
Mətləb