KÖHNƏ VERSİYA            

Ermənistan Qarabağın alban abidələrindən gözünü hələ çəkməyib - indi də Ağdərə...

Image

Faiq İsmayılov: “Yampolski abidəni alban məbədi adlandırıb”

Alban mədəniyyətinin izlərini özündə yaşadan qədim kilsə və monastırlar, məbədlər xalqımızın tarixi irsinin bir parçası olsa da, təəssüflər olsun ki, ermənilər o abidələrə iddia etməkdən əl çəkmək istəmirlər. 

Uzun illərdir ki, Qarabağda erməni izi axtaran, lakin tapa bilməyən ermənilər sonradan bu “izləri” özləri quraşdırıblar. Vaxtilə işğalda olan Azərbaycan ərazilərində mövcud olan məbədləri, vəngləri, kilsələri “erməni abidəsi” kimi qələmə verən ermənilər bu gün də öz saxtakar və uydurma iddialarını irəli sürürlər. Məsələn, Ağdərədə (son dövrə qədər Ağdam ərazisi sayılırdı-İ.S), Xaçın çayının sol sahilində yerləşən Vəngəsər alban monastırına da iddia edirlər. 

Erməni “mədəniyyət ombudsmanı” Hayk Ovik Avenesov yazır ki, Azərbaycanın Ağdərə bölgəsində yerləşən Vəngəsər monastırının üzərindən azərbaycanlılar xaçı götürüblər. Deyir ki, bu, sosial şəbəkələrin Azərbaycan seqmentində dərc olunan fotoşəkillərdən görsənir. Azərbaycan, guya “erməni kilsəsi”ni alban (ağvan) kilsəsi kimi təqdim edir. Əslində, bu kilsə elə alban kilsəsidir və bunun ermənilərlə heç bir əlaqəsi yoxdur.

“Ermənilər işğal dövründə bu abidəni “erməniləşdirməyə” cəhd ediblər” 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu növbəti erməni uydurmasıdır.  “Ermənilərin işğal dövrü “Vankasara kilsəsi” adlandırdıqları Alban dövrünə aid bazilika, Ağdam rayonunun, Xankəndi-Ağdərə yolunun sol tərəfindəki dağının ən yüksək zirvəsində, dəniz səviyyəsindən 290 metr yüksəklikdə yerləşir. Bazilika dağ zirvələrində yerləşən unikal Alban dövrü abidələrindən biridir. Abidə haqqında elmi məlumat yoxdur. Erməni mənbələrində özləri tərəfindən uydurulmuş əfsanələrə istinad edilir (Djalalənü, Makar Barxudaryants, Mkrtçyan 1988, 63, 64, Karapetyan 2000, 218-220və s.). 

Bina əhəng məhlulu ilə ağ rəngli yerli əhəngdaşı ilə yonulmuş iri bloklarla xaç formasında tikilmişdir. Planına görə  bina düzbucaqlı formada, erkən xristianlıq dövrünün  alban memarlığı üslubunda günbəzli bazilikadır. Abidənin VII əsrdə tikildiyi güman edilir. 

Kompozisiyanın əsasını təşkil edən sərdabəsi kvadrat xaç şəklində tikilib. Binanın qərb istiqaməti düzbucaqlı, qalan hissəsi yarımdairəvi formadadır. Şərq-qərb istiqamətində binanın uzunluğu 10,5 metr, şimal-cənub istiqamətində isə uzunluğu 9,15 metrdir. Beləliklə, tərəflərdən birinin uzunluğu digərindən 1,0 metr uzundur (9,7 x 8,7 m). Binanın üç tərəfindən binanın içərisinə giriş var. Binanın içərisinə yalnız şərq tərəgdən giriş yoxdur. Bütün girişlərin yanında pəncərə var. Binanın içərisinə açılan qapıların eni eynidir (1 metr). Dağ zirvələrində tikilən məbədlərin girişlərinin çox olması  alban memarlığının xarakterik xüsusiyyətidir.

Sovet dövründə ermənilərin “Vankasara kilsəsi” adlandırdığı bu abidə elmi dairələrə məlum deyildi. Abidəni tədqiqat obyektinə çevirən və elmi ictimaiyyətə təqdim edən rus tədqiqatçısı Yampolski olub. Abidə haqqında məlumat və fotoşəkillər onun tərəfindən dərc edilərkən Yampolski abidəni alban məbədi adlandırıb (Əmpolskiy 1960, 249). 

1992-ci il Ermənistan Silahlı Qüvvələrinin işğalından sonra abidənin divarlarına erməni dilində yazılar yazılır, xaç nişanları yerləşdirilir və ətraf ərazilərinə bir neçə xaç daşı basdırılır. Yəni ermənilər işğal dövründə bu abidəni “erməniləşdirməyə” cəhd ediblər. Əslində isə onların bu abidə ilə heç bir əlaqəsi yoxdur” - deyə F.İsmayılov bildirdi.

F.İsmayılov əlavə etdi ki, beynəlxalq hüququ ayaqları altına alan Ermənistan uzun illər işğal altında saxladığı ərazilərimizdə toponimləri, yer-yurd adlarını dəyişib, ərazimizi Qriqoryan dini simvolları ilə bəzəyib, bu əraziləri “tarixi erməni torpaqları” adı altında təbliğ etməklə özlərinin işğalçılıq əməllərinə haqq qazandırmaq istəyiblər. “Ermənilər bu iyrənc fəaliyyətləri üçün ilk növbədə Azərbaycanın xüsusi tarixi əhəmiyyəti olan ərazilərini seçirlər. Bu baxımdan onların ilk qurbanlığı Ağdam əraziləri oldu.

Ağdam rayonunda çoxlu sayda memarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndində 1314-cü ilə aid edilən Qutlu Musa oğlu türbəsi,  XIV əsrə aid Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri, XVII əsrəaid edilən Papravənd kəndindəki Xanoğlu türbəsi,  XVIII əsrə aid məscid, Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti, XVIII əsr və Şahbulaq qalası və s. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirib və yüksək əkinçilik mədəniyyətinə malik olub.

Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub. Keçən əsrin 80-ci illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir.  Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.

Qədim mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri - yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Bu tarixi zənginlik erməniləri bu əraziləri mənimsəməyə tamahlandırmışdır. Beləki onlar Ağdamı xəritədən silmək üçün 1993 – 1996-cı illərdə şəhəri sökməyə başladılar. Şəhərin söküntüsünə o vaxtkı Qarabağ erməni icmasının rəhbəri A.Qukasyan rəhbərlik edirdi. Sökülmüş inşaat məhsullarını çeşidləyib İran və Ermənistan əhalisinə ucuz qiymətə satırdılar. Bununla ermənilər həm gəlir əldə edir və həm də Ağdamı dünyanın coğrafi xəritəsindən silməyə çalışırdılar” - deyə o qeyd etdi.

F.İsmayılov bildirdi ki, Vəngəsər məbədinə münasibət də bu qəbildən olub, abidəni erməniləşdirmək, saxtalaşdırmaq niyyəti güdülüb. O hesab edir ki, ermənilərin tarixi saxtalaşdırma cəhdləri baş tutmayacaq, onlar nə qədər çox saxtalaşdırırlarsa bir o qədər də çox ifşa olunurlar. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031