KÖHNƏ VERSİYA            

Ermənistan parlamentindən Əliyevin "konstitusiya şərtinə" qəribə izah...

Image

Akif Nağı: “Məsələnin əsl mahiyyətini ört-basdır etmək üçün ortaya yalandan belə bir fikir atırlar ki…”

“Ermənistanda yeni Konstitusiyanın qəbulu prosesi yalnız Ermənistan Respublikasının daxili gündəliyidir”. “Armenpress” xəbər verir ki, bunu Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı müzakirələrə istinadən Milli Assambleyanın “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan deyib. 

“Bunun Azərbaycanın tələbi olduğunu əsas götürərək, mövzunu yayındırmağa çalışırlar. Qətiyyən Azərbaycanın tələbi deyil. Bu, Ermənistan Respublikasının daxili gündəliyidir, Ermənistan vətəndaşlarına, Ermənistan xalqına aiddir. Bu müzakirə özlüyündə dəyərlidir. Düşünürəm ki, bu debatda təbliğat səs-küyünü kəsə bilsək və bizə aid olduğu üçün əsaslı müzakirə apara bilsək, hamımız böyük fayda əldə etmiş olarıq. Konstitusiya, Müstəqillik Bəyannaməsi və Dördüncü Respublika ilə bağlı müzakirələr özümüz haqqında, özümüzü dərk etməyimiz, bugünkü dağılan dünya düzənində qarşımızda duran çağırışlara necə cavab verəcəyimiz haqqındadır”, - Konjorian bildirib.

Onun sözlərinə görə, bu məsələnin başlanğıc nöqtəsinin heç bir başqa dövlətlə, Ermənistandan kənarda olan xarici qüvvələrin təzyiqi ilə heç bir əlaqəsi yoxdur. O, eyni zamanda əlavə edib ki, Azərbaycan Ermənistanda daxili vəziyyəti qızışdırmaq istəyir, ona görə də bu diskursa qoşulur.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən də Ermənistanın əsas qanununun dəyişməsi məsələsinə toxunub. Prezident Əliyev bildirib ki, İrəvanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və onun ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da konstitusiyada öz əksini tapıb. Həmçinin qeyd olunub ki, hazırda qonşu ölkədə bu mövzuda müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Deputatın  iddiasına görə, Azərbaycan Ermənistanın konstitusiyasını dəyişməsi ilə bağlı məsələni ona görə ortaya atıb ki, Ermənistanda daxili vəziyyəti qızışdırsın. Guya bu təklif  bu məqsədlə ortaya atılıb. Deyir ki, konstitusiyanı özümüz dəyişirik, Azərbaycanın rolu, təsiri yoxdur. Bu öz yerində.

Amma əslində  Azərbaycan Prezidentinin, Azərbaycanın bu məsələni aktuallaşdırması daha böyük məsələdən xəbər verir ki, Ermənistan həqiqi şəkildə sülhə gəlsin, çünki Konstitusiyasında ərazi iddiaları ola-ola Azərbaycanla saziş imzalaması mümkünsüzdür.

Ekspertlər hesab edir ki, deputatın Azərbaycanın Ermənistanın daxilini qarışdırmaq məqsədilə bu məsələni gündəmə gətirməsi barədə iddiası əsassızdır, o və ermənilər bu iddianı ortaya atmaqla diqqəti əsas məsələdən yayındırmaq istəyirlər. Məsələnin əsl mahiyyətini gizlətmək istəyirlər ki, bizim konstitutsiyamız indiyə qədər işğalçı konstitusiya deyildi. Azərbaycanın da məqsədini yanlış istiqamətdə göstərirlər ki, guya Azərbaycan Ermənistanın daxilindəki vəziyyəti qarışdırmaq üçün belə deyir. Əslində isə əsl hədəf Ermənistan konstitusiyasını belə irticaçı, işğalçı maddələrdən təmizləməkdir. 

“Ermənistanın konstitusiyasının dəyişdirilməsi tələbi Azərbaycana aiddir və Ermənistan hökuməti bu tələbə uyğun olaraq konstitutsiyanı dəyişməyə hazırlaşır” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan regionun lider dövlətidir və təkcə Azərbaycanda yox, bütövlükdə bölgədə stabilliyin bərqərar olmasında maraqlıdır. Həm  məsuliyyət daşıyır, həm də gücü var ki, təkcə özündə yox, eyni zamanda bütün Cənubi Qafqazda stabilliyi, sabitliyi, normal əməkdaşlığı təmin etsin. Həm də öz maraqları var ki, regionda qarşıdurma olmasın, xarici qüvvələr bu qarşıdurmadan istifadə edə bilməsinlər. Azərbaycan bu funksiyasını yerinə yetirməyə çalışır. Ona görə də Gürcüstana da bu istiqamətdə təsir göstərir, Ermənistanda da proseslərin düzgün yol xəritəsini göstərir. Gürcüstanda bunu başa düşürlər. Gürcüstanın əvvəlki baş naziri Qaribaşvili açıqlama verdi ki, Azərbaycandakı prezident seçkiləri təkcə Azərbaycan üçün yox, region üçün əhəmiyyətlidir. O cümlədən Gürcüstan, regionda stabilliyin bərqərar olması üçün əhəmiyyət daşıyır. Ermənistan da başa düşməlidir ki, çıxış yolu Azərbaycanın dediyi yolla getməkdir, o qaydalara əməl etmək, münasibətləri yaratmaqdır. Azərbaycan da bu stabillik, normal münasibətlər üçün mövqeyini ortaya qoyur ki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilməlidir, o revanşist maddələri konstitusiyasından çıxarmalıdır. Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə qəsbkarlıq var, Qarabağın dağlıq hissəsi Ermənistan ərazisi kimi göstərilir və sair. Yəni bunlar 30 il ərzində Azərbaycana  qarşı həm işğalçılıq, qəsbkarlıq etdilər, həm də dünya çapında özlərinin bu işğalçılığını guya hansısa “qədim Ermənistanın birləşməsi”, “Ermənistana məxsus torpaqların geri qaytarılması” kimi qələmə verirdilər. Onlar bu xəstə təxəyyüldən qurtarmalıdırlar. Hələ bunlar ilk kiçik addıma müqavimət göstərirlər, çünki xəstədilər. Heç cür xəstəlikdən xilas olmaq istəmirlər. Azərbaycan təklif edir ki, siz öz ziyanlı mövqeyinzdən əl çəkin, ictimai rəyi dəyişin, “Böyük Ermənistan” ideyasından geri durun, Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırın, artıq başqa dövlətlərin aləti olmaqdan qurtarın, budur sizin yolunuz. Siz özünüzə bununla bir yol aça bilərsiniz, yoxsa başqa cür mümkün deyil” - deyə qeyd edən A.Nağı qeyd etdi ki, Hayk Konjoryan Paşinyan hökumətinin adamıdır, əsas aparıcı simalarından biridir, parlamentdə hökumət fraksiyasının lideridir. 

“Bu da nala-mıxa vurursa, onda onların heç bir nicatı yoxdur. Paşinyan özü bu yolla gedir, məsələni əsaslandırır. Bu nədir, özünüzə bəraət qazandırmaq üçün ictimai rəyə oynayırsınız ki, guya konstitusiya dəyişikliyinin Azərbaycanın tələbinə heç bir dəxli yoxdur, bunu Ermənistan özü edir. Azərbaycanın tələbinə niyə dəxli yoxdur, çox yaxşı var. Özünüz deyirsiz ki, Azərbaycanla sülh istəyiriksə onun tələblərini yerinə yetirməliyik. Normal yol budur. Məsələnin əsl mahiyyətini ört-basdır etmək üçün ortaya yalandan ortaya belə bir fikir atırlar ki, guya Azərbaycan Ermənistanın daxilində vəziyyəti qarışdırmaq istəyir, tezislər ortaya atır. Azərbaycanın Ermənistanda qarışıqlıq yaratmaq istəyi ilə konstitusiya ilə bağlı təklifi irəli sürməsi barədə iddia tamamilə əsassızdır. Azərbaycan Ermənistanı qarışdırmaq istəsəydi o qədər təsir imkanları vardı ki orada vəziyyəti alt-üst etsin. Azərbaycan bunu istəmir, sabitlik istəyir, Ermənistanda da normal hakimiyyətin  formalaşmasında maraqlıdır. Azərbaycan davamlı addımlar atır, mövqeyi bəllidir. Ermənistanın bunun üçün nə zaman addım atıb-atmayacağını bilmirəm. Amma məsələ belədir ki, Ermənistanın konstitusiyasının dəyişdirilməsi tələbi Azərbaycana aiddir və Ermənistan hökuməti bu tələbə uyğun olaraq konstitusiyanı dəyişməyə hazırlaşır. Çünki Ermənistanın konstitusiyası dəyişmədən sülhə nail olmaq mümkün deyil. Azərbaycanın şərtləri yerinə yetirilməlidir” - deyə A.Nağı əlavə etdi.  

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031