Ermənilər Azərbaycan diaspor sədrinin oğlu haqda dəhşətli xəbər yaydılar..
Erməni mediasının Şot adlı hansısa teleqram kanala istinadən yaydığı xəbərə görə Rusiyanın Qaraçay- Çərkəz bölgəsində Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov Çərkəz küçələrində atəşfəşanlıq düzəldib. Guya 10 - a yaxın gənc bahalı maşınlarda gələrək avtomatlardan, pistoletlərdən atəş açaraq yerli insanları qorxudublar.
Məlumata görə diaspor liderinin oğlunun dəstəsi hansısa yerli bir gəncin toy ziyafətini qeyd edirmişlər. Erməni mənbələrinin yaydığı xəbərlə bağlı hələlik diaspor rəhbərindən reaksiya yoxdur. Məlumatın təxribat ola biləcəyi istisna deyil.
Namiq Quliyev