“Bakcell” Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq
İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən “Bakcell” şirkəti Qarabağ bölgəsində öz strateji genişlənmə planlarını elan edib. Belə ki, şirkətdən verilən məlumata əsasən, “Bakcell” regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq.
"Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ texnologiyaları təqdim etməkdir", - deyə şirkətdən bildirilib.
Xatırladaq ki, “Bakcell” ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.
“Bakcell” zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların regiona gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək.
Həyata keçirilən layihələr NEQSOL Holding-in Azərbaycanın Qarabağ regionunda ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir.
“Bakcell” şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.