KÖHNƏ VERSİYA            

Dünya mediası Azərbaycanda növbədənkənar seçkilərə hazırlıq prosesindən yazdı

Image

Dünya mediası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində geniş analitik məqalələr dərc edib.

Malayziyanın geniş oxucu kütləsinə malik “New Straits Time” nəşrində dərc olunmuş məqalədə 2020-ci il Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan xalqının ölkənin müasir tarixinin yeni mərhələsinə başlamaq ərəfəsində olduğu qeyd edilib. “Azərbaycanın yeni regional reallıq yaratması, öz ərazilərində suverenliyini, hüququn aliliyini bərpa etməsi bəzi beynəlxalq gücləri çox narahat edib. Bu kontekstdə AŞPA-nın Bakıya təzyiqini misal çəkmək olar. Qələbədən sonra gələcəyə daha inamla baxan Azərbaycan xalqı iqtisadi, sosial sahələrdə əldə olunmuş müvəffəqiyyətləri möhkəmləndirmək, Silahlı Qüvvələrin qüdrətini artırmaq üçün dövlətçiliyə olan sədaqətini bir daha nümayiş etdirəcək”.

Malayziya nəşrində ölkəmizin son 20 ildə əldə etdiyi böyük nailiyyətlərdən, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq neft-qaz layihələrindən bəhs edilib, Qoşulmama Hərəkatına uğurlu sədrlikdən sonra Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Qəzetin məqaləsində vurğulanıb: “Bütün bu uğurların arxasında onların memarı olan müdrik lider, insanları səfərbər edən siyasətçi dayanır. Onun yorulmaz fəaliyyəti həm də dünyada olan ədalətsizliklə mübarizəyə yönəlib. İlham Əliyev müsbət inkişaf tendensiyalarını irəli aparan liderdir”, -deyə yazıda qeyd olunub.

Estoniyanın “Riigikogu” nəşrində dərc olunmuş məqalədə bu ölkənin ATƏT DTİHB-nin müşahidə missiyasının tərkibinə daxil olan nümayəndəsi Heljo Pikhofun Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı ilk təəssüratı yer alıb. Eston deputat bildirib ki, müşahidəçilərin məqsədi prezident seçkilərinin demokratik prinsiplərə uyğun olub-olmadığına, şəffaf səsvermə prosedurlarının və ədalətli təşviqat ab-havasının təmin edilməsinə nəzarət etməkdir. Prezident İlham Əliyevin seçkilərdə daha çox səs toplamaq şansının olduğunu qeyd edən Pikhof qeyd edib ki, o, Salyan rayonundakı məntəqədə səsvermə prosesini müşahidə edəcək. Məqalədə, həmçinin ATƏT DTİHB-nin seçkiləri müşahidə edəcək missiyasının tərkibi haqqında ətraflı məlumat verilib.

Türkiyənin Anadolu agentliyinin saytında dərc edilmiş məqalədə Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq prosesinin yüksək səviyyədə aparıldığı vurğulanıb. Yazıda diqqətə çatdırılıb ki, seçkilərdə 7 namizəd qeydə alınıb, ölkə ərazisində 6,3 min seçki məntəqəsi fəaliyyət göstərəcək və 6,5 milyon seçici səsvermədə iştirak edəcək. Bununla yanaşı, Azərbaycan vətəndaşlarının yaşadıqları və uzunmüddətli ezamiyyətdə olduqları 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu seçkiləri müşahidə edəcək 85 min müşahidəçinin bir hissəsi 49 beynəlxalq təşkilatı və 70 ölkəni təmsil edirlər. Eyni zamanda, Türkiyə, Rusiya, Almaniya, İtaliya, Yaponiya və başqa ölkələrdən 63 beynəlxalq media təşkilatının nümayəndələri də seçkiləri müşahidə edəcəklər.

Anadolu agentliyi vurğulayıb ki, Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində də seçki məntəqələri yaradılıb. Sabahkı növbədənkənar prezident seçkiləri 30 illik fasilədən sonra Azərbaycanın bütün ərazisində keçiriləcək ilk seçkilər olacaq. Qarabağın incisi olan Şuşada, Xankəndində, işğaldan azad edilmiş digər rayonlarda 22 min seçici səsvermədə iştirak edəcək.

Məqalədə prezidentliyə namizədlər, onların proqramları haqqında da ətraflı məlumat verilib.

Rusiyanın TASS agentliyi, Birinci telekanalı və “Mir” telekanalının saytlarında da Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində geniş analitik məqalələr dərc edilib. Bu məqalələrdə də qeyd olunub ki, prezident seçkiləri ilk dəfə Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçiriləcək. “Azərbaycan hakimiyyəti növbədənkənar seçkilərin keçirilməsini məhz ərazilərin azad olunması nəticəsində yaranmış yeni reallıqla izah ediblər. Prezident İlham Əliyev bəyan edib ki, bu seçkilər respublikanın həyatında yeni mərhələnin başlanğıcı olmalıdır”, -deyə Rusiya mediası vurğulayıb.

Məqalələrdə prezidentliyə namizədlər haqqında geniş məlumat verilib. “Ekspertlərin yekdil rəyinə görə, Prezident İlham Əliyev prezidentlik uğrunda yarışların şəksiz lideridir. Analitiklər şübhə etmirlər ki, 20 illik dövlət rəhbəri təcrübəsinə malik olan hazırkı Prezidentin rəqibi yoxdur, çünki ölkədə onun populyarlığı çox yüksəkdir. Belə ki, məhz onun sayəsində 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, 2020-ci ilin 44 günlük müharibəsində möhtəşəm Qələbə qazanılıb, Qarabağda separatçılığa son qoyulub”, -deyə yazılarda vurğulanıb.

Bu məqalələrdə də Azərbaycanın son 20 ildə əldə etdiyi böyük nailiyyətlər, seçkiləri müşahidə edəcək beynəlxalq missiyalar barədə ətraflı məlumat verilib.

İordaniyanın “The Jordan Times” qəzetində və “Assasuana” portalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı dərc olunmuş məqalələrdə bu ölkənin parlamentinin aşağı palatası və Senatının nümayəndələrinin seçkilərdə müşahidəçi qismində iştirak etdikləri vurğulanıb. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq, eyni zamanda, ölkənin tarixində yeni eranın başlanğıcı olacaq bu seçkiləri ATƏT-in DTİHB-nin nümayəndələri daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlardan 790 müşahidəçi izləyəcək. “Bu seçkilər onunla əlamətdardır ki, onlar ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilir”, -deyə sonda qeyd olunub.

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində Qazaxıstanın “Kazinform” agentliyinin saytında da analitik məqalə dərc edilib.

Məqalədə MSK-nın sədri Məzahir Pənahova istinadla bildirilib ki, prezident seçkilərini müşahidə etmək üçün 90 min müşahidəçi qeydə alınıb. Hər seçki məntəqəsində səsvermə prosesini 13-14 müşahidəçi izləyəcək. Bütün seçki məntəqələri lazımi avadanlıqla təchiz edilib, MDB PA, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Türk Dövlətləri Təşkilatının nümayəndələri seçkiləri müşahidə edirlər. Bununla yanaşı, müxtəlif ölkələrdən olan 63 media təşkilatı da səsvermə prosesini izləyəcək.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031