Hərbi qulluqçuların maaşları artırıldı - Baş nazir qərar imzaladı
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Bu qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, artımla bağlı sənəd məxfidir.
ZÜMRÜD